• $
  • €
  • ₽
  • ₺
  • £

Astana AB-ni Orta Asiyaya çağırdı

Astana AB-ni Orta Asiyaya çağırdı
22.02.2018 13:00
Avropa Birliyinə Mərkəzi Asiyaya Avropa kapitalının cəlbi üçün mexanizmlər hazırlanmasını təklif edirik.

Axar.az xəbər verir ki, bunu AB ilə Mərkəzi Asiya arasındakı münasibətlərin 25 illiyi ilə bağlı keçirilən konfransda çıxışı zamanı Qazaxıstan Xarici İşlər naziri Kayrat Əbdürrəhmanov söyləyib.

"Qazaxıstan AB-nin Mərkəzi Asiya strategiyasının yenilənməsini dəstəkləyir. Biz onun aktuallaşdırılması ilə bağlı konkret təkliflərlə çıxış etməyə hazırıq. Bu proqramın gələn ilin ortalarına hazırlanması nəzərdə tutulub. Burada gələcək əməkdaşlığın əsas prioritetləri cəmləşəcək. Avropa Birliyinə Mərkəzi Asiyaya Avropa kapitalının cəlbi üçün mexanizmlər hazırlanmasını təklif edirik. Bu, Avropa şirkətlərinin regional bazarlara çıxışı üçün yeni imkanlar yaradacaq və onun mövqelərini regionda gücləndirəcək”, – deyə o bildirib.

Qeyd edək ki, hazırda Mərkəzi Asiya siyasi və iqtisadi baxımdan daha çox Çin və Rusiyanın təsiri altındadır. Moskvanın bölgə ölkələrinin demək olar ki, əksəriyyəti üzərində mütləq hakimiyyəti mövcuddur. Mərkəzi Asiyadakı 2 dövlət Avrasiya İttifaqına üzvdür. Digər üç dövlət isə Moskvanın əsas lokomotiv rolunu oynadığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvdür.

İslam Kərimovun ölümündən sonra Rusiya Özbəkistanda mövcud olan təsir gücünü daha da artırıb.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol