• $
  • €
  • ₽
  • ₺
  • £

Lotu Qulinin qətli sifariş edildi

Lotu Qulinin qətli sifariş edildi
22.02.2018 16:54
Ötən il dekabrın 22-də İstanbulda güllələnən David Alxanaşvilinin (kriminal aləmdə Dato Pankisski kimi tanınırdı) qətli ilə bağlı yeni təfərrüatlar məlum olub.

Teleqraf.com xəbər verir ki, araşdırmalar zamanı qətlin Ermənistan vətəndaşı, kriminal avtoritet Zap Leninakanski ləqəbli Andranik Soqoyan tərəfindən törədildiyi məlum olub. Qətlin sifarişçiləri isə hazırda həbsdə olan Şakro Molodoy ləqəbli kriminal avtoritet və onun bacısı oğlu Dato Osmanov olub.

Ancaq bəziləri bu qətlin azərbaycanlı kriminal avtoritet, "Lotu Quli "ləqəbli Nadir Səlifov tərəfindən sifariş edildiyini iddia edib. Çünki hadisə baş verən zaman Quli ilə çeçen mafiası arasında ciddi fikir ayrılığı mövcud idi. Alxanaşvili də milliyətcə çeçen idi. Lakin Lotu Qulinin beynəlxalq axtarışdan gizlənmək üçün yerləşdiyi İstanbulda Alxanaşvilini öldürmək üçün heç bir əsası olmayıb. Sirr deyil ki, hazırda Türkiyə polisinin bütün diqqəti Lotu Qulinin üzərindədir. Demək olar ki, hər həftə Lotu Qulinin qaldığı ev polis tərəfindən yoxlanılır.

Bu arada Zapın Lotu Qulinin düşmənləri ilə yaxınlaşması ilə bağlı məlumatlar yayılıb. Bildirilir ki, İstanbulda öldürülən azərbaycanlı kriminal avtoritet Rövşən Lənkəranskinin qardaşı Namiq Caniyev və "qanuni oğru” Zaur Əhmədov ötən həftə Zapla görüşüblər. Görüş zamanı Zapa Lotu Qulinin qətlinin sifariş edildiyi istisna olunmur.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Almaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərildi
Dünya 16:59
Almaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərildi
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Dünya 22:46
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Gürcüstanda surroqat analıq qadağan edilir
Dünya 19:03
Gürcüstanda surroqat analıq qadağan edilir
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Dünya 18:30
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Dünya 17:03
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
Dünya 15:08
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
Dünya 14:34
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Dünya 08:43
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol