• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ bu regiona 400 min əsgər yeritdi

ABŞ bu regiona 400 min əsgər yeritdi
05.04.2018 22:17
ABŞ Asiya-Sakit okean regionunda 200-dən çox hərbi obyekt qurub.

Axar.az xəbər verir ki, bunu Moskva Beynəlxalq Təhlükəsizlik Konfransında çıxışı zamanı Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş İdarəsinin (Rusiya Baş Kəşfiyyat İdarəsi – red.) rəisinin müavini İqor Kostyukov deyib. Onun sözlərinə görə, bu bazalarda 400 min hərbçi yerləşdirilib:

"Özünün fəalliyyətinin reallaşdırılması, eləcə də Asiya-Sakit okean regionunun istənilən nöqtəsində sürətli reaksiya üçün ABŞ 400 mindən çox hərbçi sayına malik olan qruplaşmalar yaradıb. Hazırda regionda 50 böyük baza mövcuddur. Ümumilikdə ABŞ-ın regionda 200 hərbi obyekti yerləşir”.

Kostyukov həmçinin Amerikanın Marian adalarındakı Anderson aviabazasından da danışıb:

"Burada daimi əsaslarla ən azı altı ədəd B-52, B-1 və B2 strateji bombardmançıları saxlanılır. Onlar Sakit okean akvatoriyasında daimi nəzarət həyata keçirirlər. Bəzi hallarda isə Anderson aviabazasında ABŞ-ın strateji bombardmançılarının sayı 15-ə çatır”.

O, Şimali Koreya təhdidinin ABŞ-a regionda öz müttəfiqlərinə yeni ABŞ istehsalı silahların ixracını artırmağa imkan verdiyini bildirib:

"Bu ona gətirib çıxardı ki, faktiki olaraq küncə sıxışdırılan Şimali Koreya hakimiyyəti milli raket və nüvə potensialının inkişafına nail oldu. ABŞ-ın Asiya-Sakit okean regionundakı avantür fəaliyyəti yeni silahlanma yarışına və qüvvələr balansının pozulmasına səbəb olur. ABŞ hazırda bölgədə olan ərazi mübahisələrinə daha çox ölkə cəlb etməklə, burada özünün təsirini gücləndirməyə cəhd edir. Vaşinqton çalışır ki, Çinlə Yaponiya, Vyetnamla Filippin arasında ərazi mübahisələri beynəlmillələşsin. Amerikalılar bununla Pekinə əlavə təzyiq rıçaqlarına sahib olacaqlarını düşünürlər”.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol