• $
  • €
  • ₽
  • ₺
  • £

Qulinin adamı niyə həbs edildi? – Təfərrüat

Qulinin adamı niyə həbs edildi? – Təfərrüat
24.05.2018 10:04
Lotu Qulinin Rusiyanın Ural regionu üzrə "valisi" Rəhman Abdullayevin həbsinin bəzi təfərrüatları məlum olub.

Musavat.com-un məlumatına görə, Çelyabinsk polisi son on ildə bu "çəkidə” avtoriteti həbs etməmişdi. Məlumata görə, Rəhman Abdullayev nəinki Çelyabinsk, qonşu Tümen və Sverdlovsk vilayətlərinə də Quli tərəfindən nəzarətçi təyin edilmişdi. Rəhman regionun bütün bazarlarına haqq qoymuşdu. Hətta regionun ən böyük meyvə-tərəvəz bazası olan və Yekaterinburqda yerləşən "4-cü baza” (müqayisə üçün deyək ki, bu baza Ural regionunun ən böyük meyə-tərəvəz bazasıdı – red.) uğrunda mübarizədə belə əvvəl kürd klanını, sonradan isə Röşvən Lənkəranskinin adamlarını vurub sıradan çıxarmışdı.

Bəziləri səhvən Lotu Qulinin adamı kimi İlham Osmanovu göstərirdilər. Amma elə deyil. Osmanov Ded Xasanın bacısı oğlu Temuri Mirzoyev (Timur Sverdlovski) tərəfindən regiona "smotryayuşi” təyin olunmuşdu. Timurun ölümündən sonra isə kürd klanı xeyli zəiflədi.

Hüquq-mühafizə orqanlarındakı mənbələrdən yerli KİV-lərə daxil olan məlumata görə, 2015-ci ildə haqqında şərti cəza çıxarılan Abdullayevi adi inzibati hüquq pozuntusuna qarışdığına görə, onu hər an həbs edə bilərdilər. "Rəhman Abdullayevi isə adi məişət mübahisəsinə görə saxlayıblar. Bir azərbaycanlı 300000 rubla öz həmyerlisinə maşın satıb. Maşın xarab çıxıb. Arada pul üstündə mübahisə düşüb. Zərərçəkən də Rəhmana müraciət edib. O da həmin adamdan pulu tələb edib. Abdullayevi müdafiə etmək fikrindən uzağam. Amma maşın söhbəti inandırıcı deyil”, - deyə mənbə bildirib.

Başqa bir mənbənin bildirdiyinə görə isə Rəhman Abdullayev barəsində həbs qərarını Rusiya DİN Çelyabnisk vilayəti baş idarəsinin cinayət axtarış şöbəsinin rəisi Rinat Kamaləddinov verib.

"Bu Rinatın öz təşəbbüsü olub. Neçə vaxtdı işində yol verdiyi nöqsanlara görə vəzifəsindən gedəcəyi və ya başqa kiçik vəzifəyə keçiriləcəyi ilə bağlı söhbətlər gəzir. Bu cür kriminal avtoritetin həbsiylə isə xilas olacağını düşünür. Amma yanılır”, - deyə mənbə bildirib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
Dünya 13:21
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol