• $
  • €
  • ₽
  • ₺
  • £

“Google” milyardlarla cərimə ödəyəcək

“Google” milyardlarla cərimə ödəyəcək
19.07.2018 09:29
ABŞ-ın "Google” şirkəti 4,34 milyard avro (5 milyard dollardan çox) məbləğində cərimə ödəməli olacaq.

Oxu.Az "Reuters”ə istinadla xəbər verir ki, "Google” Avropa İttifaqının antiinhisar qanununu pozmaqda müqəssir bilinib.

Avropa İttifaqının rəqabət üzrə komissarı Marqret Vestager bildirib ki, şirkət Android əməliyyat sistemi ilə çalışan cihazlardakı trafikin istisnasız olaraq yalnız "Google” axtarış sistemi üzərindən aparılması üçün şəbəkə operatorlarına və cihaz istehsalçılarına şərt qoyub: 

"Bu praktika rəqibləri innovasiyaların tətbiqi və rəqabət imkanlarından məhrum edib. Nəticədə avropalı istehlakçılar mobil sahədə effektiv rəqabətin üstünlüklərindən faydalana bilməyiblər”.  

Komissar qeyd edib ki, cərimənin məbləği Avropa qaydalarını pozmağın ciddi məsuliyyət yaratdığını göstərir. 

Avropa Komissiyası şirkətə səhvlərini düzəltməsi üçün 90 gün vaxt verib. Əks halda, "Google”un daxil olduğu "Alphabet Holding”in dünya üzrə dövriyyəsinin 5%-i həcmində əlavə cəza kəsiləcək. 

"İndi "Google”un doxsan günü var ki, özünün  bazardakı mövqeyindən sui-istifadəyə əsaslanan biznes praktikasından imtina etsin. Sadə sözlə desək, "Google” avropalı istifadəçilərin seçiminə təsir etməyi dayandırmalıdır”, - Vestager deyib.  

ABŞ şirkəti isə qərardan şikayət verəcəyini açıqlayıb.

Qeyd edək ki, nəzərdə tutulan cərimə məbləğini "Alphabet Holding” təqribən 2 həftə ərzində qazanır.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol