• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya pensiya yaşını qaldırdı - Qərar

Rusiya pensiya yaşını qaldırdı - Qərar
19.07.2018 21:45
Rusiya Dövlət Dumasının əksər deputatları iyulun 19-da pensiya islahatları ilə bağlı layihənin lehinə səs veriblər. 

Oxu.Az xəbər verir ki, bununla yanaşı, Dövlət Duması bu qanun layihəsinin müzakirəsinin daha bir ay müddətinə uzadılması ilə bağlı qərar qəbul edib.

Məlumata görə, qanuna dəyişikliklər sentyabrın 24-dək qəbul ediləcək. 

İclasın başlanğıcında Rusiya Federasiyası Kommunist Partiyasının (RFKP) və "Ədalətli Rusiya”nın deputatları pensiya islahatları layihəsinin müzakirədən çıxarılmasını istəyib. 

Bundan başqa, kommunistlərin nümayəndəsi pensiya yaşının artırılmasına moratorium qoymaq istəyib. Heç bir təklif qəbul olunmayıb. 

Müzakirələr getdiyi zaman dumanın qarşısında pensiya yaşının artırılmasına qarşı etiraz aksiyaları baş tutub. Bu aksiyalarda RFKP-nın bir neçə deputatı, "Rusiya kommunistləri”nin lideri Maksim Suraykin, "Yabloka”nın nümayəndəsi Sergey Mitroxin, "Sol cəbhə” hərəkatının koordinatoru Sergey Udaltsov iştirak edib. 

Pensiya yaşının artırılması ilə bağlı Rusiya hökumətinin planı baş nazir Dmitri Medvedev tərəfindən futbol üzrə dünya çempionatının açılış mərasiminin  keçirildiyi gündə, yəni iyulun 14-də səsləndirilib. 

Plana əsasən, 2028-ci ildən 65 yaşı olan kişilər, 2034-cü ildən isə 63 yaşı olan qadınlar təqaüdə çıxa biləcək (Hazırda Rusiyada kişilər 60, qadınlar 55 yaşında təqaüdə çıxır). 

Layihə rus ictimaiyyətində kəskin etirazlarla qarşılanıb, bu səbəbdən Rusiyanın bir çox şəhərində aksiyalar keçirilib. 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə zəlzələ olub
Dünya 21:34
Türkiyədə zəlzələ olub
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol