• $
  • €
  • ₽
  • ₺
  • £

Putin: Ukrayna müstəqil dövlətdir

Putin: Ukrayna müstəqil dövlətdir
17.11.2014 19:10
“Qərb Rusiyadan Ukrayna münaqişəsinin həllini gözləmək əvəzinə Kiyevdəki “müştəriləri”nin radikal siyasətinə təsir etməyə cəhd göstərsin”.

ANN.Az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Almaniyanın “ARD” telekanalına müsahibəsində deyib.

Rusiya prezidenti Ukraynanın gələcəyi ilə bağlı sualı cavablandırarkən bu ölkənin etnik tərkibinə və formalaşma tarixinə görə mürəkkəb olduğunu qeyd edib:“Bu ölkənin gələcəyi varmı? Düşünürəm ki, var. 43-44 milyonluq, Avropa mədəniyyətinə malik, böyük bir Avropa ölkəsidir. Məncə, bu ərazilərdə yaşayan və müxtəlif dillərdə danışan insanlar hiss etməlidirlər ki, istənilən ərazidə öz haqlarını tələb edə bilərlər. Buna görə də Ukraynada bəzi siyasi qüvvələrin federallaşmanın mümkünlüyünə qarşı olmalarını başa düşə bilmirəm. Kimsə Rusiyanın müxtəlif münaqişələrin həlli ilə bağlı xüsusi imkanlarının olduğunu deyəndə, bu məni narahat edir. Mən həmişə məsuliyyətin bizə ötürülməsindən və ölkəmizin nəyisə ödəməyə məcbur edilməsindən şübhələnməyə başlayıram. Biz bunu istəmirik. Ukrayna müstəqil, azad və suveren ölkədir”.Minsk razılaşmasına gəldikdə isə Rusiya prezidenti bu razılaşmada ölkəsinin fəallıq göstərdiyini deyib. “Biz heç nəyə cəhd etməsəydik, nəyəsə nail olunmayacaqdı. Bəli, etiraf edirik ki, bu razılaşmanın həyata keçirilməsində müəyyən çətinliklər var. Əsas odur ki, qan axıdılması dayandırılsın və siyasi dialoq üçün şərait yaradılsın. Deyirsiniz ki, Donbasda silahlılar silahları və artilleriya sistemlərini haradan alırlar? Savaşan və bunu haqq işi olduğunu hesab edən insanlar həmişə silah əldə edəcəklər. Ukrayna hökuməti onlara qarşı müxalif olan hər kəsi məhv etmək istəyir. Siz bunu istəyirsiniz? Biz buna qarşıyıq. İmkan verməyəcəyik ki, bu, baş versin. Ola bilsin ki, Ukraynada kimlərinsə bir-birindən xoşu gəlmir. Lakin gəlin bu regionda vahid siyasi mühitin formalaşmasına çalışaq. Biz bu istiqamətdə birgə işləməyə hazırıq”, - deyə o vurğulayıb.  ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol