• $
  • €
  • ₽
  • ₺
  • £

Hansı yaşda insan daha xoşbəxt olur?

Hansı yaşda insan daha xoşbəxt olur?
08.11.2014 17:58

Varlı Qərb ölkələrində xoşbəxtlik hissi orta yaşlarda kəskin surətdə azalır.

 

Publika.az  xəbər verir ki, Lancet jurnalının keçirdiyi sorğunun nəticələri göstərir ki, adamların həyatlarından məmnunluğu, onların harada yaşadığından asılı olaraq qabaqcadan təxmin edilə bilər.

 

Birləşmiş Krallıq və ABŞ kimi ölkələrdə həyatdan məmnunluq U hərfi şəklindədir - yəni, orta yaşlarda aşağı düşür. Afrikada rəqəmlər davamlı şəkildə aşağıdır, Şərqi Avropa, keçmiş SSRİ və Latın Amerikasında isə yaşla azalır.

 

University College London-dan Professor Andrew Steptoe deyir ki, bunun səbəbləri çoxsaylı və mürəkkəbdir. Amma bəzi ağlabatan izahatlar var.

 

Bu hesabat üçün tədqiqatçılar Gallup World Poll-un 160 ölkədən dünya əhalisinin 98 faizini əhatə edən, illər ərzində toplanan sorğularından istifadə edib.

Fiziki sağlamlıq və ağrıdan başqa onlar aşağıdakı faktorlara baxıb:

- adamlar öz həyatlarından nə qədər məmnundurlar;

- xoşbəxtlik, həssaslıq və qəzəb kimi əhval və ya hisslər;

- həyatın mənası və məqsədi barədə fikirlər.

 

Qərb ölkələrində həyatdan məmnunluq 45-54 yaş arasında ən aşağı səviyyədə olur. Bundan sonra isə yenidən qalxmağa başlayır.

Tədqiqatçılardan biri, ABŞ-ın Princeton Universitetindən Angus Deaton deyir ki, bu, iqtisadiyyatla bağlı ola bilər.

"Bu yaşlarda maaş səviyyəsi adətən pik nöqtəsinə çatır deyə daha çox işləmək, daha çox qazanmaq üçün ən yaxşı vaxtdır. Hətta sağlamlığın qiymətinə olsa belə", o deyib.

 

Keçmiş Sovet İttifaqı ölkələrində isə həyatdan məmnunluq getdikcə azalır və ümümiyyətlə Qərb ölkələrindəkindən aşağıdır.

 

Tədqiqatçılar bunun iqtisadiyyatla bağlı olduğunu ehtimal edirlər. Bu ölkələrdə yaşlı adamlar, nə qədər qüsurlu olsa da, onların həyatlarına məna verən sistemi itirdilər. Bəziləri pensiya və səhiyyə xidmətlərini də itirdi.

 

Sub-Sahara Afrikasında həyatdan məmnunluq davamlı şəkildə aşağı səviyyədə olub. Burada yaşayan insalrda daim yüksək dərəcəli stress və narahatlıq var.

"Bu nəticələr birmənalı şəkildə son zamanlar regionda baş verən hadisələrin, onların yaşlı nəsilə necə bəla gətirməsinin əlamətidir", - Professor Deaton deyib.

Professor Steptoe-nun sözlərinə görə, pul xoşbəxtliyə birbaşa gətirib çıxarmasa da, iqtisadi inkişaf qismən rifahı artırır.

ANN.Az

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol