• $
  • €
  • ₽
  • ₺
  • £

Putin və Lukaşenko razılığa gələ bilmədilər

Putin və Lukaşenko razılığa gələ bilmədilər
26.12.2018 13:10
Belarus prezidenti Aleksandr Lukaşenko və Rusiya lideri Vladimir Putin "təxirəsalınmaz” qərarların qəbul olunması məqsədilə Yeni ilə qədər bir daha görüşməyi qərara alıb.

Oxu.Az "Deutsche Welle”yə istinadən xəbər verir ki, bunu Belarus liderinin mətbuat katibi Natalya Eysmont Kremldə dörd saatdan çox davam edən danışıqların yekunlarına dair mətbuata verdiyi açıqlamada bildirib.

Eysmont və Rusiya Federasiyası baş nazirinin birinci müavini Anton Siluanovun bəyanatlarına əsasən "bütün məsələlərdə” mövqelərin yaxınlaşdırılması ilə bağlı tərəflər razılığa gəlib. Görüşdə xüsusilə Belarus neftemalı sektoru, Rusiyanın neft-qaz sahəsində həyata keçirdiyi vergi manevri müzakirə olunub.

Siluanovun sözlərinə görə, Lukaşenko mavi qazın 2019-cu il üzrə satış qiymətlərinə yenidən baxılmasına nail ola bilməyib.

"Qaz qiymətinin təyin olunması məsələsində, biz artıq növbəti dövr üçün qərarlaşmalıyıq və 2020-ci ildə başlayaraq bu enerji növü üzrə qiymətin müəyyən edilməsi ilə bağlı təkliflər hazırlamalıyıq”, - deyə rusiyalı baş nazir müavini bildirib

Ötən gün (25 dekabr) Lukaşenko bəyanatla çıxış edərək, 2019-cu ilin gəlişinə qədər qaz qiymətləri ilə bağlı danışıqların aparılacağını vurğulamışdı.

Putin və Lukaşenko arasında növbəti görüşün nə vaxt keçiriləcəyi hələ açıqlanmayıb.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol