• $
  • €
  • ₽
  • ₺
  • £

Jurnalist özünü yandırdı

Jurnalist özünü yandırdı
26.12.2018 22:30
Kameramanın ölümündən sonra vilayətdə nümayişlər başlayıb

Tunisdə bir kameraman özünü yandırıb.

Anews.az aznews.az-a istinadən xəbər verir ki, Tunisdə iqtisadi şərtlərə etiraz etmək üçün kameran Abdurrezzak Zerki özünü yandırıb. Ölümündən sonra Kasrin vilayətində bütün gecə nümayişlər baş verib.

Tunis Beynəlxalq Jurnalistlər Birliyindən bu hadisə ilə bağlı açıqlama verilib. Çətin həyat şərtləri qarşısında ümidini itirən Zerkinin vəziyyətə etiraz etmək üçün özünü yandırdığı deyilən açıqlamada kameramanın ölümündə "mətbuatı əmək qanunundan kənarda işlədən dövlətin" məsuliyyətli olduğu deyilib.

Zerki özünü yandırmadan əvvəl sosial mediada görüntülü paylaşımında "Bu, Kasrin xalqına çağırışdır. Mən tək inqilab edəcəm" deyib.

Kameramanın ölümündən sonra vilayətdə nümayişlər başlayıb. Rezin yandırıb barrikada qurmağa çalışan və polislərə daş adan etirazçılara təhlükəsizlik xidməti göz yaşardıcı qazla müdaxilə ediblər.

Qeyd edək ki, 2011-ci ildə yerli təhlükəsizlik qüvvələrinin tunisli səyyar satıcı Muhammed Buazizi ilə pis rəftar etməsindən sonra o, özünü yandırıb.

Bu hadisə isə qısa müddətdə bir çox ölkəyə yayılan "Ərəb Baharı" adlı dövrün başlanğıcı olub. Həmin inqilabın ardınca Zeynel Abidin ibn Ali hakimiyyətini devirərək demokratiya, insan haqları və azadlıq sahəsində böyük uğurlar əldə edən Tunis ard-arda gələn hökumətlərlə inqilabın vədlərini qarşılamaqda yetərsiz qalıb.

"Ərəb Baharı"nın son qalası olan Tunis bu gün artan inflyasiya, işsizlik kimi problemlərlə mübarizə aparır.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol