• $
  • €
  • ₽
  • ₺
  • £

Daha bir ölkədə “Uber” qadağan olundu

Daha bir ölkədə “Uber” qadağan olundu
03.01.2019 21:30
Brüsselin ticarət məhkəməsi mobil inteqrasiyalı taksi xidməti olan "Uber”in fəaliyyətini tam olaraq qanunsuz elan edib.

Qərara görə, Brüsseldə yalnız taksi fəaliyyəti üçün müvafiq lisenziyası olan sürücülər pul müqabilində sərnişin daşıya biləcək.

Qərarın "Uber”in bütün xidmətlərinə və onunla bağlı digər servislərə şamil olunduğu bildirilir.

Brüsseldə fəaliyyətini davam etdirəcəyi təqdirdə hər qanunsuz xidmətə görə şirkət 10 min avro məbləğində cərimələnəcək.

"Uber”in fəaliyyətinə qoyulan qadağa daha əvvəl olsa da, "Uber” rəhbərliyi qərarı fərqli şəkildə təfsir edərək, qadağaya məhəl qoymayıb.

"Uber” hələlik Brüssel məhkəməsinin çıxardığı qərarı şərh etməyib.

2018-ci ilin bahar aylarında Belçika paytaxtında mobil inteqrasiyalı xidmətdən hiddətlənən ənənəvi taksi sürücülərinin kütləvi etiraz aksiyaları keçirilib. Taksi sürücüləri yolları bağlayaraq, bir neçə gün nəqliyyatın hərəkətində ciddi pozuntulara səbəb olublar.

Etirazçıların dediyinə görə, "Uber” sürücüləri dövlətə pul ödəyib heç bir lisenziya almır, digər tərəfdən, onların müştərilərini "oğurlayır”./oxu.az

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol