• $
  • €
  • ₽
  • ₺
  • £

Həbs edilməsinin səbəbini eşitmək üçün məhkəməyə gələcək

Həbs edilməsinin səbəbini eşitmək üçün məhkəməyə gələcək
04.01.2019 20:30
"Nissan” şirkətinin sabiq rəhbəri Karlos Qon həbs edilməsinin səbəbini eşitmək üçün yanvarın 8-də şəxsən Tokio dairə məhkəməsinə gələcək.

Anews.az azərtac-a istinadən xəbər verir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb. Məlumatda qeyd edilir ki, bu barədə sorğu K.Qonun vəkilləri tərəfindən Tokio dairə məhkəməsinə göndərilib. Qanuna əsasən, məhkəmə belə sorğu daxil olduqdan sonra beş gün ərzində açıq dinləmə keçirməlidir.

Komissiyasız və sığortasız Daxili ipotekaya müraciət edin.

Dinləmə yerli vaxtla saat 10:30-da başlamalıdır. Müdafiənin nümayəndələrinin bildirdiyinə görə, K.Qon şəxsən məhkəmədə iştirak etmək niyyətindədir.

Xatırladaq ki, dekabrın 31-də Tokio dairə məhkəməsi K.Qonun həbsdə saxlanmasının müddətini daha 10 gün – yanvarın 11-dək uzadıb.

K.Qon və onun yaxın köməkçisi Qreq Kelli noyabrın 19-da həbs olunublar. Həbsin səbəbi kimi, K.Qonun Q.Kellinin köməyi ilə öz gəlirlərini bəyan etməməsi göstərilir. 2010-2017-ci illərdə bəyan edilməmiş məbləğin 8 milyard yen (təqribən 71 milyon dollar) təşkil etdiyi bildirilir. K.Qon təkidlə bildirir ki, onun gəlirlərini gizlətmək niyyəti olmayıb.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
Dünya 13:21
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol