• $
  • €
  • ₽
  • ₺
  • £

NASA Yerdən 23 dəfə ağır ekzoplanet kəşf etdi

NASA Yerdən 23 dəfə ağır ekzoplanet kəşf etdi
09.01.2019 20:00
NASA-nın Yerə bənzər planet axtaran peyki Günəş Sistemindən kənarda yeni ekzoplanet kəşf edib.

"Ölkə.Az” xəbər verir ki, bu barədə NASA-nın rəsmi internet səhifəsində məlumat verilib. Məlumatda deyilir:

"TESS peyki bizim Günəş Sistemindən kənarda üçüncü ekzoplaneti kəşf edib. Müşahidə üç aydır davam edir”.
NASA-dan verilən məlumata görə, kəşf edilən "HD 21749b” planeti Yerdən ölçüsünə görə 3 dəfə böyük və 23 dəfə ağırdır. Bu planet hər 36 sutkadan bir "HD 21749K” ulduzunun ətrafında dövr edir. Bu ulduz Yerdən 53 işıq ili uzaqda, Şəbəkə bürcündə yerləşir. Planetin səthində tempratur 150 dərəcəyə çatır.

"Guardian” nəşri isə yeni kəşf edilən planetin qaz buludu olduğunu ehtimal edir. Alimlər isə Yer planeti ölçüsündə, "HD 21749” ulduzunun ətrafında hər səkkiz gündən bir dövr edən yeni planet kəşf edəcəklərindən danışıblar. Əgər bu planet kəşf edilsə, TESS tərəfindən aşkar edilən ən kiçik planet sayılacaq.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol