• $
  • €
  • ₽
  • ₺
  • £

DNT-nin atası bütün titullarını itirdi

DNT-nin atası bütün titullarını itirdi
14.01.2019 22:30
Dünyaca məşhur amerikalı bioloq, Nobel tibb mükafatının laueratı Ceyms Uotson bütün fəxri adlarından və titullarından məhrum edilib. Onun əvvəllər başçılıq etdiyi "Cold Spring Harbor" laboratoriyasının qərarı belədir.

Milli.Az bildirir ki, qərarın səbəbi 90 yaşlı dahi alimin, "DNT-nin atası" kimi tanınan Ceyms Uotsonun neqroid irqindən olan insanlar, qaradərililər barədə dedikləridir. Uotson qaradərililərin əqli qabiliyyət səviyyələrinin aşağı olduğunu iddia edir.

"American Masters: Decoding Watson" sənədli filmində o, deyib: "Əslinə baxanda Afrikanın gələcəyini çox pis görürəm, çünki bütün sosial siyasətimiz qaradərililərin intellekt səviyyəsinin bizdə olduğu kimi düşüncəsinə əsaslanır. Halbuki bütün araşdırmalar bunun əksini göstərir".

2007-ci ildə də qaradərililəri aşağıladığı üçün o, laboratoriya rəhbərliyindən kənarlaşdırılmışdı.

İndi isə C.Uotson fəxri rəhbər, Oliver Qreys adına əməkdar professor və digər fəxri adlarından məhrum olunub.

C.Uotson 2014-cü ildə Nobel medalını hərracda sataraq əldə edilən pulları universitet və institutlarda elmi tədqiqatların dəstəklənməsinə yönəltmişdi.

O, DNT strukturunun şifrəsini açdığı üçün 1962-ci ildə Frensis Krik və Moris Uilkinsonla birlikdə tibb üzrə Nobel mükafatı almışdı.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə zəlzələ olub
Dünya 21:34
Türkiyədə zəlzələ olub
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol