• $
  • €
  • ₽
  • ₺
  • £

Camal Qaşıqçı olayından MÜHÜM XƏBƏR

Camal Qaşıqçı olayından MÜHÜM XƏBƏR
31.01.2019 22:16
Camal Qaşıqçıcinayəti ilə əlaqədar istintaq çərçivəsində Türkiyədə olan BMT-nin qeyri-məhkəmə edamları üzrə xüsusi məruzəçisi Aqnes Kallamard öldürülən səudiyyəli jurnalistin nişanlısı Hatice Cengiz və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşüb.
"Report" "Anadolu"ya istinadən xəbər verir ki, görüşlər İstanbulun Şişli bölgəsindəki hotellərdən birində mətbuata qapalı şəraitdə baş tutub.
Əvvəlcə xüsusi məruzəçi Cengizlə, ardından QHT nümayəndələri ilə görüşüb.
Gün ərzində BMT nümayəndə heyətinin İstanbuldan Ankaraya gedərək danışıqları hökumət səlahiyyətliləri və Türkiyə kəşfiyyatının əməkdaşları ilə davam etdirəcəyi gözlənilir.
Xatırladaq ki, "Washington Post" ilə sıx əməkdaşlıq edən tanınmış səudiyyəli jurnalist Camal Qaşıqçı oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğunun binasında qətlə yetirilib.
Türkiyə Prokurorluğu istintaqın yekunlarına görə, jurnalistin planlaşdırılmış cinayətin qurbanı olduğu nəticəsinə gəlib. Qaşıqçı diplomatik missiya binasına girdikdən dərhal sonra boğulub. Cinayətdən sonra Qaşıqçının meyiti hissələrə bölünərək məhv edilib.
Türkiyə İstanbulda Qaşıqçı işi üzrə məhkəmə prosesinin təşkil edilməsinin tərəfdarıdır və rəsmi Ər-Riyadı jurnalistin qətlə yetirilməsində əli olanları təhvil verməyə çağırıb.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol