• $
  • €
  • ₽
  • ₺
  • £

Ərdoğan: İstanbul heç vaxt Konstantinopol olmayacaq

Ərdoğan: İstanbul heç vaxt Konstantinopol olmayacaq
18.03.2019 20:00
Türkiyədə yaşayan hər bir insan Çanaqqala döyüşünün böyük əhəmiyyət kəsb etdiyini bilməlidir.

Anadolu agentliyinin məlumatına görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan adı çəkilən tarixi döyüş qələbəsinin 104-cü ildönümü münasibətilə keçirilən tədbirdə səsləndirib.

Ərdoğanın sözlərinə görə,  həmin günlərdə Türkiyədə tarix yazılıb və bunu dərk etməyənlərin Türkiyə torpaqlarında yaşamağa haqqı yoxdur.

"Ümid edirəm ki, Türkiyə xalqı bir daha Çanaqqalada yaşanmış sınaqla üzləşməyəcək. Ancaq belə bir təhlükə ortaya çıxsa , şübhəsiz ki, onu aradan qaldıracağıq, necə ki,  babalarımız 104 il əvvəl Çanaqqalada buna nail olmuşdu”, - deyə Türkiyə lideri bildirib.

Ərdoğan həmçinin qeyd edib ki, Yeni Zelandiyada törədilən  qanlı terror aktı müəyyən dairələrin Türkiyəyə ismarıcıdır.

"Müsəlmanların və Türkiyənin düşmənləri bizə nifrət etməyə davam etdiklərini bir daha nümayiş etdirdilər. Biz buna qarşılıq verməyə hazırıq. Bunu Çanaqqalada ucadan bəyan edirik”.

Türkiyəli dövlət başçısı qeyd edib ki, İsrail baş nazirinin Türkiyəyə qarşı bəyanatları Yeni Zelandiyalı terrorçunun dedikləri ilə üst-üstə düşür və bütün bu bəyanatlar eyni mənbədən qaynaqlanır.

"Türk xalqı hər zaman yer üzündə olacaq. İstanbulu Konstantinopola çevirmələrinə imkan verməyəcəyik”, - deyə prezident vurğulayıb.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol