• $
  • €
  • ₽
  • ₺
  • £

Prezident məmuru otaqdan belə qovdu - VİDEO

Prezident məmuru otaqdan belə qovdu - VİDEO
10.07.2019 16:26
Ukrayna Prezidenti Vladimir Zelenski Borispolda Şəhər Şurasının katibi Yaroslav Qodunoku rəsmi görüşü tərk etməyi tələb edib.


 "RBK-Ukraina” xəbər verir ki, Zelenski spikerin çıxışına qulaq asarkən Qodunok onun sözlərini kəsib. Prezident isə məmura ayağa qalxmağı, telefonunu söndürməyi və kürsüyə çıxmağı təklif edib.


Daha sonra Zelenski digər iştirakçıya söz verib. Bir neçə dəqiqə sonra üzünü Qodunoka tutaraq deyib: "Kimsə yüksək səslə qışqıranda mən o şəxs barəsində internetdə məlumat tapmağı xahiş edirəm. İndi oxudum ki, "Batkıvşina” partiyasının üzvü, Borispol Şəhər Şurasının katibi daha öncə soyğunçuluq edərək ağır yaralanmaya səbəb olma maddəsi üzrə ittiham olunaraq məhkumluq həyatı yaşayıb. Deyin görüm, bu, düzdür, yoxsa yalan? Yaroslav Nikolayeviç, bu, sizsiniz?”.
Çox keçmədən o, "Çıxın buradan. Çıx burdan, hiyləgər” deyərək məmurdan otağı tərk etməsini tələb edib.


Yaroslav məkandan ayrıldıqdan sonra Zelenski tədbir iştirakçılarından üzr istəyərək "Sadəcə banditləri sevmirəm”,- deyib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol