• $
  • €
  • ₽
  • ₺
  • £

“İŞİD” İstanbuldakı izini itirdi - Ofis bağlandı

“İŞİD” İstanbuldakı izini itirdi - Ofis bağlandı
31.07.2014 21:36
Qısa müddətdə İraqda həyata keçirdiyi terror əməliyyatları və qeyri-insanı qətilləri ilə dünyanı lərzəyə salan radikal-vəhabi “İraq Şam İslam Dövləti” (İŞİD) təşkilatının Türkiyədəki fəaliyyəti ilə bağlı maraqlı faktlar ortaya çıxmışdı. 
Bu məlumatı isə “Habertürk” xəbər agentliyi araşadıraraq, ortaya çıxara bilmişdi. Aparılan jurnalist təhqiqatı zamanı bəlli olmuşdu ki, qruplaşma öz sıralarını məlumatsız, savadsız və maddi çətinliyi olanların sayəsində genişləndirir. Ən maraqlısı da budur ki, Türkiyənin ən böyük yaşayış məntəqəsi sayılan İstanbul İŞİD-ə silahlılar göndərən şəhərlərin siyahısında ön cərgədədir. İstanbulun Güngörən qəsəbəsi də bunlardan biridir. Bura İŞİD-in izlərinə rast gəlinən rayonlarındandır. 
“Habertürk” araşdırmışdı ki, Suriyaya kömək kampaniyası, narkotik vasitələrə qarşı mübarizə elanları ilə diqqəti çəkən Xəzinadar İslami Araşdırma Yaşatma və Yardımlaşma Dərnəyinin (HİSADER) tablosunda İŞİD-in simvolu yer alıb. 
Bu yaxınlarda isə “İŞİD” simvolu olan HİSADER səlahiyyətliləri İstanbuldakı dərnəyi bağlamaq qərarına gəliblər. 
HİSADER-in başçısı Volkan Sağlam Türkiyə mediasına bildirib ki, qurum əsassız yerə “İŞİD”ə bağlı təşkilat kimi hədəf göstərilib: “İyunun 17-də dərnəyimizə edilən əsassız xəbərlərə qarşı dura bildik. Daha sonra kiçik xəbərlərlə təxribatlar davam etdirilib.
HİSADER başçısı dərnəyin fəaliyyətinin öz qərarları ilə dayandırıldığını bildirib : “Hazırda heç bir fəaliyyət göstərmirik. HİSADER bağlanıb, işlər dayandırılıb”. 
Xatırladaq ki, yazıda adıçəkilən quruma qarşı sərt ittihamlar səsləndirilib. Xəbəri “Habertürk”lə bölüşən İŞİD-ə qoşulan iki türkiyəli gəncin atası övladlarının bu şəxslər tərəfindən yoldan çıxarıldığını iddia edirlər. 
Onlar deyir ki, əsasən, qazancı aşağı olan, 18-25 yaş arası və ailəsi ilə problemləri olan gənclər seçilərək, onların sıralarına cəlb olunur. Quruplaşmanın mərkəzləri daha çox mühafizəkar bölgələrdə qurulur - Güngörən, Bağcılar və Fatih. Bu məhəllələr ön sıralarda yer alır. /AzNews.az/
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol