• $
  • €
  • ₽
  • ₺
  • £

Gülən 6 ilə 63 min adamın danışığını dinləyib - Hesabat

Gülən 6 ilə 63 min adamın danışığını dinləyib - Hesabat
31.07.2014 19:30
Türkiyənin Daxili İşlər Nazirliyi “paralel dövlət” əməliyyatında tutulanların öncədən dinlədiyi məlumatları əks etdirən hesabat yayıb.
 
Hesabatda saxlanılanların telefon danışığının dinlənildiyi təsdiq edilib.
 
Qeyd edək ki, nazirlik öz hesabatında “parallel dövlət” istiqamətində planların reallaşdırılması mövzusunda danışıqların oluğunu qeyd edərək, uzun müddət cinayətkarların danışarkən koddan istifadə etdiyi, başqa adlarla danışıldığını bildirib.
 
Lakin ən müasir texnologiyadan istifadə sayəsində danışanların əsl kimliyi müəyyənləşdirilib.
 
Onu da bildirək ki, hesabatda telefon dinləmələrinin Konstitusiyaya uyğun gəlmədiyi bildirilir. Lakin cinayətkarların “Ergenekon” təşkilatı, narkotik maddə qaçaqçılığında və bir çox milli təhlükəsizlik məsələlərinə birbaşa təhdid olan cinayətlərdə əli olduğu üçün bu addımın atıldığı bildirilir.
 
Qeyd edək ki, hesabatda keçmiş Konstitusiya Məhkəməsinin sədri Yekta Güngör Özden, TBMM sədr köməkçisi Sadiq Yaqut və Hüseyn Şənin “Ergenekon”  təşkilatı ilə heç bir bağlılığı olmadığı açıqlanıb.
 
“Ulusal Kanal”ın yaydığı xəbərə görə, Gülən hərəkatı 6 ildə Türkiyədə on minlərlə insanı dinləyib (“Publika.az”). 2008-2013-cü illəri əhatə edən hesabatda telefon dinləmələrinin statistikası da ortaya çıxarılıb. Belə ki, Gülən hərəkatı 6 ildə düz 63 min 43 nəfərin telefonunu dinləyib. Bu dinləmələrin 51 min 231-i sim kart vasitəsilə həyata keçirilib. 11 min 812 nəfər isə telefonunun İMEİ koduyla dinlənilib.
 
Hesabatda hansı ildə neçə nəfərin dinlənildiyinə də yer verilib:
 
2008-ci ildə 10 min 218 nəfər
2009-cu ildə 11 min 961 nəfər
2010-cu ildə 11 min 386 nəfər
2011-ci ildə 16 min 342 nəfər
2012-ci ildə 13 min 577 nəfər
2013-cü ildə 8 min 842 nəfər
 
Xatırladaq ki, iyulun 22-də “paralel dövlət” əməliyyatında 49 nəfər saxlanılıb. Saxlanılanlardan 38-i sərbəst buraxılsa da, 11 nəfərə cinayət işi açılıb./Axar.Az/
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Dünya 22:46
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Gürcüstanda surroqat analıq qadağan edilir
Dünya 19:03
Gürcüstanda surroqat analıq qadağan edilir
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Dünya 18:30
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Dünya 17:03
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
Dünya 15:08
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
Dünya 14:34
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Dünya 08:43
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Dünya 23:56
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol