• $
  • €
  • ₽
  • ₺
  • £

Çavuşoğlu “Taliban”ın heyəti ilə görüşdü - Nələrdən danışdılar?

Çavuşoğlu “Taliban”ın heyəti ilə görüşdü - Nələrdən danışdılar?
14.10.2021 19:38
Əfqanıstanın müvəqqəti hökuməti "Taliban”ın xarici işlər naziri Əmir Xan Müttaqinin rəhbərliyi ilə nümayəndə heyəti Ankaradadır.

"Qafqazinfo”nun Türkiyə mediasına istinadən məlumatına görə, Türkiyə XİN-də nazir Mövlud Çavuşoğlu ilə nemayəndə heyətinin görüşü keçirilib.

Görüşdən sonra Çavuşoğlu keçirdiyi mətbuat konfransında ilk açıqlamalarını verib.

"Çox sayda əfqan qaçqın bizdə və digər ölkələrdədir. Onlardan bəziləri ölkəsinə dönmək istəyir. "Taliban” həmin insanların qayıtmalarına dəstək göstərəcəyini söylədi. Əlavə köç axınının olmaması üçün nələr edə biləcəyimizi danışdıq.

"Taliban” hökumətinə qadınların iş həyatına qatılması, qadın, uşaq və qızların təhsili mövzularında tövsiyələr verdik. Bunun Qərb ölkələrinin ilk şərti olaraq yox, İslam dünyasının gözləntisi kimi qəbul etmələrini dedik. Bizim Maarif Vəqfimizin çox sayda məktəbi var, onların 14-ü qızlar üçündür.

Qeyd etdilər ki, səhiyyə sahəsində bütün qadınlar işə qayıdıblar.
Bizim orada yaşayan və Türkiyəyə qayıtmaq istəyən vətəndaşlarımızı gündəmə gətirdik.

Humanitar yardımlar, sərmayələrin qoyulmasının davam etdirilməsi, iqtisadi mövzuda dəstəyin davam etməsini xahiş etdilər.
Əfqanıstana humanitar yardımların çatdırılması davam etdirilməlidir. Sonuncu dəfə 33 ton yardım tələbini Pakistana çatdırdıq. Əfqanıstan iqtisadiyyatı çökməməlidir. Terrorla mübarizədə boşluq yaranarsa, terror təşkilatlarının hücumları artıracağını görürük”, - deyə Çavuşoğlu çıxışında söyləyib.
 
 


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol