• $
  • €
  • ₽
  • ₺
  • £

Gürcüstanda keçirilən “Zəfər kuboku”nun qalibi məlum olub

Gürcüstanda keçirilən “Zəfər kuboku”nun qalibi məlum olub
08.11.2021 15:19
Gürcüstanda Azərbaycanın Vətən müharibəsindəki qələbəsinin ildönümünə həsr olunmuş "Zəfər kuboku” mini-futbol turniri başa çatıb.

Marneulinin Qızılhacılı kəndindəki idman kompleksində keçirilmiş final oyununda Gürcüstandakı Azərbaycanlı İş Adamları Birliyi (AZEBİ) və "Azərsun Holding”in Gürcüstan nümayəndəliyi olan DAPNA şirkətinin həvəskar komandaları qarşılaşıb.

Oyun 1:0 hesabı ilə AZEBİ-nin xeyrinə nəticələnib.

Qalibə "Zəfər kuboku”, turnirdə iştirak etmiş 10 komandanın üzvlərinə medallar təqdim olunub. Mükafatlandırma mərasimində Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Türkiyə səfiri Fatma Ceren Yazqan, AZEBİ-nin İdarə Heyətinin sədri Nəriman Qurbanov, Marneuli meri Kənan Ömərov və digər şəxslər iştirak ediblər.

N.Qurbanov çıxış edərək bu günün Azərbaycan tarixində əlamətdar və qürurverici olduğunu deyib. O, turnirə qatılan komandalara təşəkkür edərək vurğulayıb ki, "Zəfər kuboku” dostluq, qardaşlıq və birlik görüşü olub.

F.Quliyev öz növbəsində möhtəşəm gün münasibətilə təbriklərini çatdırıb: "Azərbaycan hər zaman sülhsevər dövlət olub. Biz sülh və ədaləti bərpa etmək üçün 44 günlük Vətən müharibəsi apardıq, işğalçını məğlubiyyətə uğratdıq. Şanlı Zəfəri Azərbaycan xalqına bəxş edən qəhrəman şəhidlərimizin ruhları qarşısında baş əyir, Allahdan onlara rəhmət diləyirik”.

Mini-futbol yarışı AZEBİ-nin təşkilatçılığı ilə baş tutub. Oktyabrın 23-dən start götürən turnirdə Azərbaycan və Türkiyənin Gürcüstandakı səfirlikləri, hər iki ölkənin şirkətlərinin komandaları yarışıb.




www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol