• $
  • €
  • ₽
  • ₺
  • £

Gürcüstanda azərbaycanlıların soyad dəyişdirməsi ödənişli olacaq

Gürcüstanda azərbaycanlıların soyad dəyişdirməsi ödənişli olacaq
08.11.2021 23:59
Gürcüstanda etnik azlıqlara autentik soyadların verilməsi üçün xüsusi mexanizmin yaradılmasını nəzərdə tutuan qanun layihəsi hazırlanıb.

Sənəd bu gün qanunverici orqanın büro iclasında müzakirəyə çıxarılacaq.

Layihədə bildirilib ki, Gürcüstanda yaşayan bəzi etnik qrupların soyadları onların tarixi-mədəni ənənələrinə xarakterik olmayan formada süni olaraq yaradılıb.

"Gürcüstanda soyadların bu cür dəyişdirilməsi təcrübəsi Rusiya İmperiyası dövrünə təsadüf edir. Bu proses sovet dövründə, xüsusən də rus dilinin dominantlığı ilə daha intensiv hal aldı və assimilyasiya siyasəti nəticəsində bir sıra entik qruplar üçün xarakterik olan soyadlar zorla dəyişdirildi. Sovet illərində Gürcüstanda azərbaycanlıların soyadlarının suffiksləri rus soyadlarına xas suffikslərlə əvəzlənirdi. Məlumdur ki, analoji yanaşma Gürcüstanda və sovetlər birliyi ölkələrində digər etnik qruplara (yezidlər, yunanlar) qarşı da tətbiq olunurdu”, - qanun layihəsində deyilir.

Qeyd olunub ki, etnik azlıqlar milli mənsubiyyətlərinə xarakterik soyad daşımaq hüququndan və özünəməxsus autentik soyad daşımaq imkanından məhrum olunublar.

Düzəlişlərə əsasən, qeyri-autentik soyadlar verilmiş milli azlıqların siyahısını hazırlayacaq və ədliyyə nazirinə təqdim edəcək müvəqqəti komissiya yaradılacaq. Komissiya həmçinin soyadların dəyişdirilməsi üçün tövsiyə xarakterli metodologiya da hazırlayacaq.

Qanun layihəsi ilə ədliyyə nazirinə soyadın dəyişdirilməsi prosedurları və bununla bağlı məsələlərin tənzimlənməsi barədə qərar qəbul etmək səlahiyyəti veriləcək. Bununla yanaşı, soyad dəyişdirilməsi prosedurları ilə bağlı xidmət haqqları da müəyyən ediləcək.




www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol