• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistanda keçmiş mer yenidən həbs edildi

Ermənistanda keçmiş mer yenidən həbs edildi
15.11.2021 18:46
Ermənistanın Sisian icmasının keçmiş rəhbəri Artur Sarkisyan yenidən həbs edilib.

"Qafqazinfo” "Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə İrəvanın Apellyasiya məhkəməsi qərar çıxarıb. Qərarı Sarkisyanın vəkili Emin Xaçatryan elan edib: 

"Məhkəmə həbslə bağlı qərar çıxarıb, lakin bizə heç iclas barədə - nə onun vaxtı, nə də keçirildiyi yer barədə məlumat verilib. İlkin olaraq hakim Tiqran Simonyanın əməkdaşları bizimlə əlaqə saxlayıb, şikayətin araşdırıldığını bildiriblər. Anlaşılmaz şəraitdə işin hakim Armen Danielyanın əlində olduğu ortaya çıxdı”. 

O, fövqəladə iclasın keçirilməsi barədə qərar qəbul edilməsini təklif edib. Belə olan halda müdafiə tərəfinin öz mövqeyini bildirmək imkanı olmadığı üzə çıxır.

Vəkil bildirib ki, məhkəmənin qərarını alan kimi, hökmən Kassasiya Məhkəməsinə şikayət verəcək. O, hesab edir ki, hakim Armen Danielyan cinayət qanunvericiliyinin bütün prinsip və normalarını pozub.

Xatırladaq ki, Artur Sarkisyan dövlət vəsaitini mənimsəməkdə və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur. Sisian icmasının keçmiş rəhbəri iyunda keçirilən parlament seçkilərində iştirak edib. O, iyulun ortalarında həbs edilib, lakin oktyabrın 14-də 20 milyon dram (40 min dollar) girov müqabilində sərbəst buraxılıb.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol