• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyə parlamentinin sədri siyasətdən gedir

Türkiyə parlamentinin sədri siyasətdən gedir
08.05.2014 16:37
Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək siyasətdən gedəcəyini açıqlayıb.Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Milliyet" qəzeti yazıb.C.Çiçək qeyd edib ki, o, bu vaxta qədər Türkiyə siyasəti üçün yetərincə iş görüb və bundan sonra siyasətdə qalmağın bir mənası yoxdur.Qəzetin məlumatına görə, Çiçək 2015-ci ildə parlament seçkilərində iştirak etməyəcək.Qeyd edək ki, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) 70-dən artıq hazırkı deputatı 2015-ci il parlament seçkilərində iştirak edə bilməyəcək. Çünki partiyanın daxili nizamnaməsinə əsasən, AKP üzvü 3 dəfədən artıq deputat seçilə bilməz.Baş nazirin müavinləri Bülənt Arınc, Bəşir Atalay və Əli Babacan, ədliyyə naziri Bəkir Bozdağ, AKP rəhbərinin müavini Hüseyn Çəlik, energetika və təbii sərvətlər naziri Taner Yıldız, Aİ işləri üzrə nazir və danışıqlarda nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu kimi partiyanın məşhur nümayəndələri 2015-ci il seçkilərində iştirak edə bilməyəcəklər.Hazırki Baş nazir Rəcəb Tayyib Ərdoğan da parlament seçkilərində iştirak etməyəcək.Türkiyədə parlament seçkiləri 2015-ci il iyunun 14-də keçiriləcək.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Almaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərildi
Dünya 16:59
Almaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərildi
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Dünya 22:46
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Gürcüstanda surroqat analıq qadağan edilir
Dünya 19:03
Gürcüstanda surroqat analıq qadağan edilir
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Dünya 18:30
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Dünya 17:03
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
Dünya 15:08
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
Dünya 14:34
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Dünya 08:43
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol