• $
  • €
  • ₽
  • ₺
  • £

Putinin sözü yalan çıxdı

Putinin sözü yalan çıxdı
08.05.2014 15:27
Rusiyanın öz qoşunlarını Ukraynanın şərqi ilə sərhəddən geri çəkdiyinə dair heç bir dəlil-sübut yoxdur. Bunu Tiflisdə rəsmi səfərdə olan Böyük Britaniyanın xarici işlər naziri Uilyam Heyq gürcü həmkarı Maya Pancikidze ilə görüşündə bəyan edib. ANS PRESS-in məlumatına görə, Heyq növbəti dəfə Rusiyanı öz qoşunlarını Ukrayna sərhədindən geri çəkməyə çağırıb."NATO-nun Baş katibi Rasmussenin də açıq şəkildə bəyan etdiyi kimi, biz son həftələrdə Rusiya qüvvələrinin yerləşdirildikləri ərazilərdən geri çəkilməsinə dair dəlillərə rast gəlməmişik. Ona görə də Rusiyanın şərq sərhədlərində Rusiyanın xeyli sayda qüvvələrinin qalmağa davam etdiyini hesab edirik. Təbii ki, gərginliyin azaldılması məqsədilə bu qoşunların geri çəkilməsinə çağırışlar etmişik. Ümid edirik ki, bu baş verəcək, amma hələ ki buna dair heç bir işarə görmürük", - deyə Heyq bildirib. Britaniyalı nazir Ukraynanın şərq bölgələrində Rusiya-yönümlü separatçıların referendum keçirməyə hazırlaşmasına qarşı da çağırış edib. «Ümid edirəm ki, Donetskdə və digər regionlarda referendumlar keçirməyi planlaşdıran, lakin qanuni və ya əhəmiyyətli referendum nümayiş etdirməyə qadir olmayanlar bizim sözlərimizi nəzərə alacaq və bu referendumları keçirməyəcəklər. Onlar diqqətlərini mayın 25-də keçiriləcək prezident seçkiləri üzərində cəmləşdirməlidirlər və bu seçkilərdə bütün ukraynalılar iştirak edə bilməlidir", - Uilyam Heyq belə deyib. Heyq Rusiyanı aprelin 17-də əldə edilmiş Cenevrə razılaşmasının şərtlərini yerinə yetirməyə və gərginliyi azaltmağa çağırmağa davam edəcəklərini də vurğulayıb.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol