• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya hərbçiləri Melitopolu tam nəzarətə götürüb

Rusiya  hərbçiləri Melitopolu tam nəzarətə götürüb
26.02.2022 11:02
Rusiya Silahlı Qüvvələri (SQ) Ukraynanın Melitopol şəhəri üzərində nəzarəti bərqərar edib, bu barədə Rusiya KİV-i Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkova istinadən məlumat yayıb.
   
O, həmçinin bildirib ki, Rusiya Silahlı Qüvvələri Ukraynanın hərbi infrastrukturuna havadan və dənizdən qanadlı raketlərdən istifadə edərək dəqiq idarə olunan silahlarla zərbə endirib.
   
Ukrayna prezidentinin müşaviri şənbə günü səhər saatlarında bildirib ki, döyüşlər Ukraynanın cənub şəhərləri regionunda - Mariupol, Xerson, Nikolayev və Odessada gedir.
   
"Mariupol yaxınlığında ağır döyüşlər gedir. Amma Mariupolun təslim olması və ya tutulması şansı yoxdur", - Mixail Podolyak brifinqdə bildirib.  
 
Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri həmçinin söyləyib ki,  Rusiya ilə danışıqlarda hərbi əməliyyatların dayandırılması üçün şərtləri Kiyev diktə edəcək. "Bunlar Ukraynanın diktə edəcəyi şərtlər olacaq. Donetsk və Luqansk vilayətləri də daxil olmaqla, bundan sonra nələrin baş verəcəyini də Kiyev müəyyən edəcək”, o bildirib. 
   
Ukrayna prezidenti Vladimir Zelenski şənbə günü Telegram kanalında yayımladığı videomüraciətdə Kiyevdə olduğunu söyləyib. 
   
"Biz silahlarımızı yerə qoymayacağıq, dövlətimizi müdafiə edəcəyik”, - deyə Zelenski vurğulayıb.
   
Jurnalistlər  şənbə günü səhər Kiyevdə atəş səslərinin eşidildiyini qeyd edirlər. 
 
Hazırladı: Ləman Qasımova

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
Dünya 13:21
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol