• $
  • €
  • ₽
  • ₺
  • £

İsrailli opera ifaçısı İlham Əliyevə təşəkkür etdi

İsrailli opera ifaçısı İlham Əliyevə təşəkkür etdi
03.05.2022 21:30
Azərbaycanda doğulmuş israilli opera ifaçısı, "Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının üzvü Kamelliya Qonçarova-İoffe Prezident İlham Əliyevə təşəkkür məktubu göndərib.

 
"Çox hörmətli cənab Prezident!
 
İcazə verin, böyük məmnuniyyətlə "Tərəqqi” medalı ilə təltif olunduğum münasibətilə Sizə dərin minnətdarlığımı və təşəkkürümü bildirim. Müstəqillik tariximizdə ilk dəfə Zəfər qurultayının düşməndən azad edilmiş Qarabağda – Şuşada keçirilməsi bir daha bütün dünyaya göstərdi ki, bu torpaq Azərbaycanın əzəli torpağıdır, ayrılmaz hissəsidir, Qarabağ Azərbaycandır! Bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi yaşayacaq, əbədi yaşayacaq, dövlətimiz qalib dövlət kimi yaşayacaq. Bu, hamımız – Azərbaycan vətəndaşları, Azərbaycanda və xaricdə yaşayan azərbaycanlılar üçün böyük xoşbəxtlikdir. Şuşaya Zəfər yolu ilə gedən soydaşlarımızla yolboyu erməni vandalizminin şahidi olduq. Sizin Dünya Azərbaycanlılarının V Qurultaydakı tövsiyələriniz diaspor təşkilatlarının və nümayəndələrinin qarşısında yeni vəzifələr müəyyənləşdirdi. İnanırıq ki, qurultayda səsləndirilən çağırışlar və müəyyən olunan hədəflər dünyada yaşayan bütün azərbaycanlıların, onların diaspor təşkilatlarının Azərbaycançılıq ideologiyası ətrafında fəaliyyətini və birliyini daha da gücləndirəcək. 60-dan çox ölkədən 400 nəfərdən artıq diaspor fəalının, dövlət rəsmilərinin, mətbuatın, incəsənət xadimlərinin iştirak etdiyi Zəfər Qurultayının yüksək səviyyədə təşkilini təmin edən Azərbaycan dövlətinə, Diasporla İş üzrə Dövlət Komitəsinə öz dərin təşəkkürümüzü bildiririk”, - məktubda deyilir.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol