• $
  • €
  • ₽
  • ₺
  • £

Moldovada Rusiya mediası qadağan edilir

Moldovada Rusiya mediası qadağan edilir
03.06.2022 22:00
Moldova Parlamenti Rusiya informasiya proqramlarının yayımını qadağan edən qanun qəbul edib. Bu barədə"Meduza.io" məlumat yayıb.
 
"İnformasiya təhlükəsizliyi haqqında” qanunun faktiki olaraq Rusiyada hazırlanan xəbərlərin, siyasi və hərbi mövzuda proqramların ölkədə yayımını qadağan edir. 

Qanun layihəsi Avropa Birliyinin, ABŞ və Kanadanın, eləcə də televiziya haqqında Avropa Konvensiyasını ratifikasiya edən ölkələrin analoji proqramlarının yayımına icazə verir. Rusiya bu Konvensiyanı 2006-cı ildə imzalayıb, amma ratifikasiya etməyib. 

Rusiya filmləri və "militarist məzmun daşımayan” əyləncə proqramları əvvəllər Moldova televiziyalarında göstərilə bilərdi. 

"İnterfaks" bildirir ki, belə bir qadağa Moldovada qanunverici orqan səviyyəsində 2017-ci ildə artıq qəbul olunub, amma 2020-ci ildə ləğv edilib. Rusiyanın Ukraynaya təcavüzündən sonra fövqəladə vəziyyət çərçivəsində yenidən qəbul olunur.


Rusiya 2022-ci il, fevralın 24-də Ukraynada "xüsusi hərbi əməliyyat adlandırdığı" genişmiqyaslı müharibəyə başlayıb. 

Hərbi əməliyyatlarla əlaqədar Prezident Vladimir Putin bəyan edib ki, Moskvanın məqsədi Donbass regionunda "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalmış insanları qorumaqdır”.

Hərbi əməliyyatların başlamasından 2 gün əvvəl, fevralın 22-də isə Kreml Ukraynanın şərqindəki separatçı qurumları - "Donbas Xalq Respublikası"nı və Luqansk Xalq Respublikasını" rəsmən tanıyıb. 

Ukraynada müharibə başlayandan sonra ABŞ, Avropa Birliyi, Böyük Britaniya, Kanada, Yaponiya, Avstraliya və digər Qərb ölkələri Rusiyaya qarşı sərt sanksiyalar tətbiq etməyə başlayıblar. Sanksiyalar paketinə Rusiya neftinə embarqo qoyulması, Rusiya iqtisadiyyatını təcrid edilməsi, oliqarxlara və siyasətçilərə məhdudiyyətlərin tətbiqi daxildir. Rusiya Prezidenti də sanksiya tətbiq edilən şəxslər siyahısına salınıb.

Aprelin 7-də BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur. BMT-nin açıqlamasına görə, müharibə başlayandan bəri 10 milyondan çox ukraynalı ölkəni tərk edib. Müharibənin Ukrayna iqtisadiyyarına milyardlarla dollar ziyan vurduğu bildirilir.(toplum tv)

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə zəlzələ olub
Dünya 21:34
Türkiyədə zəlzələ olub
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol