• $
  • €
  • ₽
  • ₺
  • £

“Facebook” yeni şəbəkəsini işə salmaq niyyətindədir

“Facebook” yeni şəbəkəsini işə salmaq niyyətindədir
22.04.2014 20:45
"Facebook" sosial şəbəkəsi reklamın kənar servislərə yönəldilməsi üçün istifadəçilər haqqında məlumatlardan istifadəyə imkan verəcək mobil reklam şəbəkəsini işə salmağı planlaşdırır. Bu barədə "The Wall Street Journal" nəşri məlumat verib."Facebook"un reklam verən tərəfdaşları şəbəkənin platforması vasitəsilə müxtəlif əlavə və oyunlarda reklam yerləşdirə biləcəklər. Reklamın yönəldilməsi istifadəçilərin fərdi məlumatları əsasında həyata keçiriləcək.  Mobil reklam şəbəkəsinin yaradılması "Facebook"un istifadəçilər haqqında topladığı məlumatların həcmini artırmayacaq. Lakin servisin istifadəyə verilməsi istifadəçilərin sosial şəbəkədən kənarda mobil internetdə gördükləri reklamın yönəldilməsinin həcmini artıra bilər.Mobil reklam şəbəkəsini "Facebook"un aprelin sonunda tərtibatçılar üçün keçiriləcək illik "F8" konfransında nümayiş etdirəcəyi gözlənilir."eMarketer" analitik şirkətinin məlumatına görə, 2013-cü ildə mobil reklam bazarının lideri 49,3 faizlik payla "Google" şirkəti olub. Lakin "Facebook"un payı ötən il 2012-ci ildəki 5,4 faizdən 17,5 faizədək artıb.2013-cü ilin dördüncü rübündə "Facebook"un mədaxilinin 53 faizi, ilin yekunları üzrə 40 faizi mobil reklamın payına düşüb. Sosial şəbəkə rəhbəri Mark Sukerberq mobil istiqamətin inkişafının hazırda şirkət üçün prioritet təşkil etdiyini bəyan edib.//İctnews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol