• $
  • €
  • ₽
  • ₺
  • £

Britaniyada 6 nazir istefa verib

Britaniyada 6 nazir istefa verib
06.07.2022 15:52
Böyük Britaniya hökumətində iki gündə altı nazir və bir nazir müavini istefa verib. Bu barədə məlumatı "TRT Haber” yayıb.

İyulun 5-də maliyyə naziri Rişi Sunak və səhiyyə naziri Sacid Cavid istefa verib.

İyulun 6-da isə xəzinə naziri Con Glen, daxili işlər naziri Viktoriya Atkins, orta məktəblər üzrə məsul nazir Robin Volker, uşaq və ailə məsələləri üzrə nazir Vill Kuinse, nəqliyyat nazirinin müavini Laura Trott da tutduqları vəzifədən istefa verdiklərini bildiriblər.
 
Nazirlər Boris Consonla işləməkdən imtina edərək istefa verib. Onlardan Səhiyyə naziri Sacid Cavid açıqlamasında hökumət başçısına etimadı itirdiyini bildirib. Digəri, Maliyyə naziri Rişi Sunak da deyib ki, Britaniya cəmiyyəti hökumətdən "düzgün, bacarıqlı və ciddi iş" gözləyir və onun baş nazirlə baxışları çox fərqlidir.

Böyük Britaniyada istefa vermiş səhiyyə və maliyyə nazirlərinin yerinə təyinat da olub.
 
Ləman Qasımova

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol