• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya dövlət qeydiyyatı nişanlı avtomobillərin Finlandiyaya girişinə qadağa qüvvəyə minib

Rusiya dövlət qeydiyyatı nişanlı avtomobillərin Finlandiyaya girişinə qadağa qüvvəyə minib
16.09.2023 12:36
Rusiya dövlət qeydiyyatı nişanlı minik avtomobillərinin Finlandiyaya girişinə qoyulan qadağa rəsmi şəkildə qüvvəyə minib.

Bu barədə Rusiya KİV-inə istinadən xəbər verir.

Finlandiyada olan Rusiya qeydiyyatlı avtomobillər 6 ay ərzində ölkə ərazisini tərk etməlidir. Əks halda avtomobillər müsadirə oluna bilər.

"Finlandiyaya yalnız Rusiyada daimi yaşayan Avropa İttifaqı ölkələrinin vətəndaşları, onların ailə üzvləri, diplomatlar və ya onlara bərabər tutulan şəxslər və ya humanitar səbəblərə görə Rusiyada qeydiyyatda olan avtomobil gətirilə biləcək”, - Finlandiya Nazirlər Kabinetinin rəsmi məlumatında deyilir.

Finlandiya Xarici İşlər Nazirliyi məlumat vermişdi ki, Helsinki Aİ-yə üzv ölkələrin, xüsusən də Rusiya ilə həmsərhəd olan ölkələrin sanksiyalar məsələsində vahid mövqeyə malik olmasını vacib hesab edir. Daha əvvəl Litva, Latviya və Estoniya Rusiyada qeydiyyatda olan avtomobillərin ölkəyə girişinə qadağa qoyub.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Dünya 22:15
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Dünya 21:42
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol