• $
  • €
  • ₽
  • ₺
  • £

Rumıniyada qızılca epidemiyası təsdiqlənib

Rumıniyada qızılca epidemiyası təsdiqlənib
06.12.2023 10:14
Rumıniyada iki mindən çox insan qızılcaya yoluxub. Bu barədə yerli KİV məlumat yayıb.

Rumıniyanın Səhiyyə Nazirliyi bu ölkədə qızılca epidemiyasının yayıldığını təsdiqləyib.

Bildirilib ki, buna səbəb qızılcaya yoluxma hallarının həyəcanverici dərəcədə artımı, eləcə də xəstəxanaların uşaq və yoluxucu xəstəliklər şöbələrində çoxlu sayda yoluxmuş uşaqların olmasıdır.

Hazırda Rumıniyada iki mindən çox qızılcaya yoluxma halı qeydə alınıb. Bu xəstəlik ölkənin 41 regionundan 29-da aşkar edilib.
 
Azərbaycan Səhiyyə Nazirliyinin açıqlamasına görə, 2023-cü ilin aprelindən başlayaraq 300-ə yaxın qızılcaya yoluxma hadisəsi qeydə alınıb. Onlardan 35-i yaşlı insanlar olub.

Hadisələrin epidemioloji təhlili göstərir ki, yoluxmanın əsas səbəbi peyvəndlərdən yayınma hallarının olmasıdır, , Səhiyyə Nazirliyi bildirib.

Qurum epidemioloji vəziyyəti nəzərə alaraq, ölkə ərazisində orta və yaşlı əhalinin profilaktikası məqsədi ilə Qızılca-Parotit-Məxmərək peyvəndinin tətbiq olunacağını bəyan edib.
 
Qızılca virusu sağlam insana bulaşdıqda, insanın boğazı ilə burnunun birləşdiyi hissəyə daxil olur və bölgədəki limfa düyünlərinə çatır. Buradan qan dövranı sistemi vasitəsilə bütün bədənə yayılır. Müxtəlif orqanlarda hüceyrə sistemlərinə daxil olaraq çoxalmağa davam edir.

Xəstəliyin 15-17-ci günlərində immun sistemin reaksiyası ilə virusun yayılması dayandırılır və immun sistemi xəstəliklə mübarizəyə başlayır.

Bu ilin aprelindən bəri ölkədə 300-ə yaxın qızılcaya yoluxma hadisəsi qeydə alınıb.
 
Aytac Zeynalova

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol