• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ başqa ölkələrin peyklərini izləyəcək

ABŞ başqa ölkələrin peyklərini izləyəcək
27.02.2014 22:06
ABŞ Hərbi Hava Qüvvələri (HHQ) orbitə digər kosmik aparatları izləyəcək iki peyk çıxaracaq."Defense News" nəşrinin məlumatına görə, bu barədə ABŞ HHQ Kosmik Komandanlığının rəisi Uilyam Şelton bildirib. Orbitə peyklərin çıxarılması "GSAP" (Geosynchronous Space Situational Awareness Program) proqramı çərçivəsində həyata keçiriləcək. Proqram çərçivəsində buraxılan peyklər elektron-optik sensorlarla təchiz edilməklə geosinxron orbitdə yerləşəcək. Sistemin üstünlüyü əlverişsiz meteoroloji şəraitdə Yer kürəsi səthindən müşahidəni qeyri-mümkün edən digər kosmik aparatları izləməkdən ibarətdir.   Peyklərdən alınan məlumatlar ABŞ kosmik aparatları üçün digər ölkələrə məxsus peyklərin və kosmik "zibil"lərin törədə biləcəyi təhlükənin müəyyənləşdirilməsində istifadə ediləcək. "Orbital Sciences" şirkəti tərəfindən hazırlanan "GSAP" peyklərini "Delta IV" raketdaşıyıcısı ilə Kanaveral kosmik stansiyasından buraxılması nəzərdə tutulur. Kosmik aparatların orbitə nə vaxt çıxarılacağı barədə məlumat verilmir.   U.Şeltonun sözlərinə görə, 2016-cı ildə geosinxron orbitə daha iki müşahidə peykinin çıxarılması planlaşdırılır. Əvvəllər "GSAP" proqramı haqqında məlumatlar tam məxfi saxlanılırdı.//İctnews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol