• $
  • €
  • ₽
  • ₺
  • £

Paşinyan - Ursula fon der Leyen - Blinken görüşü keçiriləcək

Paşinyan - Ursula fon der Leyen - Blinken görüşü keçiriləcək
21.03.2024 12:09

Aprelin 5-də Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyan, Avropa Komissiyasının sədri Ursula fon der Leyen və ABŞ dövlət katibi Antoni Blinken arasında görüş keçiriləcək.Bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan "Armenpress”ə müsahibəsində bildirib.

"Ermənistanın inkişafına töhfə verəcək üçtərəfli əməkdaşlığın yollarını müzakirə etmək üçün bu il aprelin 5-də Brüsseldə sədr fon der Leyen, baş nazir Paşinyan və dövlət katibi Blinken arasında görüş planlaşdırılır. Tədbir həmçinin Ermənistanın davamlılığını artırmaq məqsədi daşıyır. Yaxın vaxtlarda bu barədə daha ətraflı danışmaq mümkün olacaq”, - Qriqoryan deyib.

2023-cü il oktyabrın 5-də Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa Komissiyasının sədri Ursula fon der Leyen Qranada görüşündən sonra birgə bəyanat yayıblar. Ursula fon der Leyen Ermənistana dəstək üçün Aİ-ABŞ birgə tədbirinin hazırlanması barədə məlumat verib.
www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol