• $
  • €
  • ₽
  • ₺
  • £

İsrail Qəzzaya humanitar yardımın çatdırılmasını bərpa edib

İsrail Qəzzaya humanitar yardımın çatdırılmasını bərpa edib
19.05.2025 09:02

İsrail Qəzza zolağına humanitar yardımın mövcud kanallar vasitəsilə dərhal bərpa olunmasına qərar verib, bu barədə Axios jurnalisti Barak Ravid yüksək rütbəli İsrail rəsmilərinə istinadla məlumat verib.

Baş nazir Benyamin Netanyahunun ofisi bəyan edib ki, aclıq təhlükəsinin qarşısını almaq üçün əraziyə “əsas ərzaq həcmi” buraxılacaq.

“İsrail Müdafiə Ordusunun tövsiyəsi və HƏMAS-a qarşı hərbi əməliyyatların genişləndirilməsi ehtiyacı nəzərə alınaraq, Qəzzada aclıq böhranının qarşısını almaq məqsədilə əhaliyə minimum ərzaq təmin ediləcək,” —  rəsmi məlumatda bildirilir.

Martda İsrail Qəzzaya humanitar yardım tədarükünü dayandırıb.

Bazar günü İsrail ordusu Qəzzanın şimal və cənubunda genişmiqyaslı quru əməliyyatının başladığını elan edib. Bu əməliyyat “Gideonun Arabaları” adlı kampaniyanın bir hissəsidir.

N.Təbrizli

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol