• $
  • €
  • ₽
  • ₺
  • £

Yeni ildə dünya əhalisinin sayı 7 milyardı ötəcək

Yeni ildə dünya əhalisinin sayı 7 milyardı ötəcək
29.12.2013 14:45

Qərargahı Almaniyanın Hannover şəhərində yerləşən Dünya Əhalisi Fondu Beynəlxalq təşkilatının məlumatına əsasən, 2014-cü il yanvarın 1-nə dünya əhalisinin sayı təxminən 7 milyard 202 milyon 951 min nəfər olacaq.

 ANS PRESS-ə istinadən xəbər verir ki, statistikaya əsasən, planetimizdə hər saniyədə 2,7 uşaq dünyaya gəlir. 

Bu göstərici 2013-cü ildə dünya əhalisinin 80 milyon nəfər artacağını deməyə əsas verir və bu artım bütövlükdə Almaniyanın əhalisinin sayına bərabərdir.

Məlumatda bildirilir ki, dünya əhalisinin artımı əsasən inkişaf etməkdə olan ölkələrin payına düşür. Cari ildə dünyada 20 milyon uşaq qeyri-düzgün ailə planlaması və arzuolunmaz hamiləlik nəticəsində doğulmuşdur.

Əgər dünyada bir kənd olsaydı və həmin kənddə cəmi 100 nəfər yaşasaydı, onlardan 15 nəfəri afrikalı, 5 nəfəri şimali amerikalı, 10 nəfəri avropalı, 9 nəfəri latın amerikalı, 1 nəfəri okeaniyalı və 60 nəfəri isə asiyalı olardı.

Dünya əhalisi həm də cavanlığı ilə diqqəti cəlb edir: həmin 100 sakindən 15 nəfərinin yaşı 15-dən aşağı olardı. Əhalinin artımı bu sürətlə davam edərsə, 2050-ci ildə “kənd sakinləri”nin sayı 136 nəfərə və ya 9,7 milyard nəfərə çatmalıdır. Proqnoza görə, yaxın onilliklərdə Avropa və Asiyada əhali artımı aşağı düşəcək, Afrikada isə bu göstəricilər 15-25 faiz arasında yüksələcək.

Oxu.az

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol