Almaniya vətəndaşlarına İrandan çıxmaq barədə çağırış edib

Almaniya Xarici İşlər Nazirliyi öz vətəndaşlarına İranı tərk etmələri barədə xəbərdarlıq edib.
Nazirliyin yaydığı bəyanatda bildirilir: “Almaniya vətəndaşları, təhlükəsizlik səbəbilə İranı tərk etməlidir”.
Qərar Almaniyanın Böyük Britaniya və Fransa ilə birlikdə İranın nüvə fəaliyyəti və regional siyasətinə cavab olaraq yeni sanksiyalar tətbiq etməyə hazırlaşdığı bir vaxtda verilib.
XİN-dən bildirilib ki, bölgədəki gərginlik fonunda Almaniya vətəndaşlarının İranı tərk etməsi tövsiyə olunur.
Oxşar xəbərlər
Oxşar xəbərlər

Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib























