Britaniyanın Qahirədəki səfirliyi bağlanıb

Böyük Britaniyanın Misirin paytaxtı Qahirədə yerləşən səfirliyi müvəqqəti olaraq fəaliyyətini dayandırıb.Bu barədə səfriliyin səhifəsində paylaşım edilib.
Bildirilib ki, buna səbəb Misir hakimiyyətinin səfirliyin əsas binasını mühafizə edən təhlükəsizlik qüvvələrini geri çəkməsi olub.
“Binanın fəaliyyəti yalnız vəziyyət dəyişdikdən sonra bərpa olunacaq”, – məlumatda qeyd olunub.
Misir tərəfi hadisəyə hələlik münasibət bildirməyib.
Oxşar xəbərlər
Oxşar xəbərlər

Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib























