• $
  • €
  • ₽
  • ₺
  • £

Sarkozi şərti azadlığa buraxılıb

Sarkozi şərti azadlığa buraxılıb
06.05.2026 23:46

Fransanın keçmiş prezidenti Nikola Sarkozi 2012-ci il prezident seçkisi kampaniyasının qanunsuz maliyyələşdirilməsi işi üzrə çəkdiyi cəzadan sonra şərti azadlığa buraxılıb. Bu barədə Paris Apellyasiya Məhkəməsinə istinadən “RTL” radiostansiyası məlumat yayıb.

Məhkəmənin qərarına əsasən, Sarkozinin cəzasının yüngülləşdirilməsi ilə bağlı müraciəti təmin olunub və onun üzərində daşıdığı elektron nəzarət qolbağı çıxarılıb.

“Bygmalion işi” kimi tanınan qalmaqal Sarkozinin 2012-ci il seçki kampaniyasını təşkil edən piar şirkətinin adı ilə bağlıdır. İstintaqa görə, kampaniya xərcləri qanunla müəyyən edilmiş limiti aşaraq təxminən 43 milyon avroya çatıb.

Paris Apellyasiya Məhkəməsi 2024-cü ilin fevralında Sarkozini seçki kampaniyasının qanunsuz maliyyələşdirilməsində təqsirli bilərək bir il müddətinə azadlıqdan məhrum etmişdi. Hökmdən altı ay şərti, digər altı ay isə elektron nəzarət altında icra olunurdu.

Nikola Sarkozi 2007–2012-ci illərdə Fransa prezidenti olub.

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol