Ağ Evin mətbuat katibi vəzifəsindən istefa verəcək
Ağ Evin mətbuat katibi Kerolin Levit avqustun sonunda vəzifəsindən ayrılacaq.
Bu barədə ABŞ prezidenti Donald Tramp sosial media hesabı "Truth Social"da bildirib.
"Ağ Evin gözəl mətbuat katibi və ən etibarlı köməkçilərimdən biri olan Kerolin Levit ayın sonunda vəzifəsindən ayrılacaq", - deyə o qeyd edib.
Amerika liderinin sözlərinə görə, o, bunu ailəsi ilə daha çox vaxt keçirmək üçün edəcək. O, Levitin qərarını tam başa düşdüyünü və hörmət etdiyini bildirib.
Son xəbərlər
Daha çox