• $
  • €
  • ₽
  • ₺
  • £

Pensilvaniya ştatında Xocalı qətnaməsi qəbul edildi

Pensilvaniya ştatında Xocalı qətnaməsi qəbul edildi
26.02.2015 10:57
ABŞ-ın Pensilvaniya ştatının qanunverici orqanı tərəfindən Xocalı qətliamını pisləyən HR 109 saylı qətnamə layihəsi qəbul edilib.

Azərbaycanın ABŞ-dakı səfirliyindən APA-ya verilən məlumata görə, başda Nümayəndələr Palatasının üzvü Heri Ridşou (Harry Readshaw, D) olmaqla, ştatının 16 nümayəndəsinin həmmüəllifliyi ilə hazırlanmış qətnamədə Xocalıda dinc azərbaycanlılara qarşı törədilmiş qanlı cinayət pislənir, erməni silahlı birləşmələri tərəfindən yerli əhaliyə qarşı etnik təmizləmənin həyata keçirildiyi vurğulanır.

Qətnamənin qəbul olunduğu sessiyada Azərbaycan Milli Məclisinin deputatları Sevinc Fətəliyeva və Asim Mollazadə, ARDNŞ-nın vitse-prezidenti Xaliq Məmmədov, eləcə də Hyustonda fəaliyyət göstərən Azərbaycan Mərkəzinin rəhbəri İradə Axundova və Azərbaycanın ABŞ-dakı səfirliyinin əməkdaşları da iştirak etmişlər. İclasın gedişində azərbaycanlı millət vəkilləri və digər qonaqlara ştata səfər etdikləri və qanunverici orqanın iclasında qonaq qismində iştirak etdikləri üçün Nümayəndələr Palatasının spikeri tərəfindən minnətdarlıq ifadə edilib.

Xocalı qətliamının 23-cü ildönümünü və onun qurbanlarını anan qətnamə layihəsi (HR 109) sessiya zamanı ilk oxunuşdan mütləq səs çoxluğu ilə (198/0) qəbul edilərək, spiker və sənədin əsas müəllifi konqresmen Heri Ridşou tərəfindən Azərbaycan nümayəndə heyətinə təqdim edilib.

Sessiyadan sonra ştatın Kapitoliya binasında "Azərbaycanın Dostları Assambleyası”nın ("AFAZ”) təşkilatçılığı ilə Xocalı qətliamının anım mərasimi keçirilib. Mərasimdə çıxış edən millət vəkilləri Sevinc Fətəliyeva və Asim Mollazadə Xocalı qətliamının Azərbaycan xalqının yaddaşında yeri barədə məlumat verib, bunu insanlığa qarşı cinayət kimi qiymətləndiriblər.

Tədbirdə Nümayəndələr Palatasının 14 üzvü (Harry Readshaw, David Millard, Vanessa Lowery Brown, Mark Cohen, Tim Hennesey, Margo Davidson, James Roebuck Jr., Paul Costa, Ronald Waters, Rick Saccone, Sue Helm, Chris Sainato, Karen Boback, Eddie Day Pashinski) də çıxış edərək, bu hüznlü gündə Azərbaycan xalqının yanında olduqlarını ifadə ediblər.

Qətnamə layihəsinin əsas müəllifi H. Ridşou çıxışı zamanı erməni silahlı birləşmələrinin Xocalıya hücum etdiyini və Ermənistan-Azərbaycan münaqişəsi tarixində dinc əhalinin ən böyük qətliamını həyata keçirdiyini bildirib.

Bir sıra nümayəndələr Azərbaycanın bütün geosiyasi risklərə rəğmən, ABŞ-a etibarlı müttəfiq olmasını qeyd edərək, bu anım mərasiminə qatılmağı özlərinə mənəvi borc bildiklərini vurğulayıblar.

Çıxışlar zamanı Azərbaycanın ABŞ üçün vacib və strateji tərəfdaş olması barədə fikirlər səsləndirilib, bu münasibətlərin gələcək də inkişafına dəstək ifadə olunub.

Sonda səfirliyin əməkdaşı Natiq Baxışov çıxış edərək Pensilvaniya ştatının qanunverici orqanının Xocalı qətliamını pisləyən və onun qurbanlarının xatirəsini anan qətnaməni qəbul etməsi ilə bağlı Azərbaycan tərəfinin təşəkkürünü ifadə edib.

Pensilvaniya ştatına səfər zamanı Azərbaycan nümayəndə heyəti ştatın vitse-qubernatoru Mayk Stak (Mike Stack) ilə də görüş keçirərək Xocalı qətliamı ilə bağlı məlumat verməklə yanaşı, ABŞ-Azərbaycan münasibətlərinə dair də müzakirələr aparıblar.

Qeyd edək ki, Pensilvaniya ştatı dünyada 16-cı ən geniş iqtisadiyyata malikdir.

ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol