• $
  • €
  • ₽
  • ₺
  • £

Arizona Senatı Xocalı soyqırımını tanıdı

Arizona Senatı Xocalı soyqırımını tanıdı
26.02.2015 13:10
ABŞ-ın Arizona Ştat Senatı 2015-ci ilin fevralın 25-də Xocalı soyqırımının tanınmasına dair qətnamə qəbul edib.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan APA-ya verilən məlumata görə, qətnamə Senatın plenar iclasında iştirak edən Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayevə təqdim edilib.

Qətnamədə bildirilir ki, erməni silahlı qüvvələri 25-26 fevral 1992-ci ildə Azərbaycanın Xocalı şəhərini işğal edərək, 600-dən çox mülki şəxsi qətlə yetirib, minə yaxın insanı yaralayıb və 1200-dən artıq insanı əsir götürüb. "Human Rights Watch” təşkilatının müvafiq hesabatına istinad edilərək, Xocalı soyqırımının Ermənistan-Azərbaycan münaqişəsində ən böyük kütləvi qətliam olduğu bildirilir və dünyanın bir sıra ölkələrinin və müxtəlif ABŞ ştatlarının müvafiq qətnamələr qəbul edərək, bu qətliamı pislədikləri vurğulanır. Qətnamədə bu faciəni törədənlərin hələ də ədalət qarşısında cavab vermədikləri bildirilərək, Dağlıq Qarabağ və 7 ətraf rayon da daxil olmaqla Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizinin hələ də işğal altında olduğu qeyd olunur.

Eyni zamanda, bildirilir ki, BMT Təhlükəsizlik Şurası və Baş Məclisi müvafiq qətnamələr qəbul edərək, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğal edilməsini pisləyib.

Sonda Arizona Ştat Senatı tərəfindən 26 fevral 2015-ci il tarixinin Xocalı faciəsinin 23-cü ildönümü kimi tanındığı və faciənin qurbanlarının yad edildiyi bildirilir.

Qeyd edək ki, bu, Arizona Ştatı tərəfindən Xocalı soyqırımına dair qəbul edilmiş ilk sənəddir.

ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol