• $
  • €
  • ₽
  • ₺
  • £

Qondarma “erməni soyqırımı”nı tanıyan ölkələr - SİYAHI

Qondarma “erməni soyqırımı”nı tanıyan ölkələr - SİYAHI
16.04.2015 11:47
Aprelin 15-də Avropa Parlamenti Brüsseldə keçirilən iclasında qondarma "erməni soyqırımı”na dair qətnamə layihəsi qəbul etdi.

Ermənilər uzun illərdi tarixdə heç zaman olmayan uydurma "soyqırımı”nı dünyanın gündəliyinə gətirirək ondan siyasi məqsədlər üçün istifadə edirlər. İndi ayrı-ayrı ölkələrin parlamentlərində deputatlar əl qaldırıb, endirməklə sözdə "soyqırımı”nın guya, 1915-ci ildə olduğu barədə sənədlər qəbul edirlər. Bir səhifə tarix kitabını oxumayan, uğursuz tarixçi rolunda çıxış edən ayrı-ayrı əcnəbi deputatların bu hərəkəti təkcə məsuliyyətsizlik deyil, tarixi faktlar, materiallara hörmətsizlikdir, tarixi inkar etməkdir. 

Təəssüf ki, erməni lobbisi və diasporunun məkrli siyasətinə uyan bir çox ölkələrin parlamentləri qondarma "erməni soyqırımı” ilə bağı müxtəlif sənədlər qəbul edib, bu əsassız iddiaları tanıyıblar. 15 aprelin 2015-ci il tarixində Avropa Parlamenti də belə bir xain qərar qəbul etdi. Aprelin 24-də uydurma "soyqırımı”nın 100 illiyinə hazırlaşan ermənilər Avrupa parlamentinin bu addımını toy-bayram etməyə başlayıblar.

ANN.Az Modern.az-a istinadən qondarma "erməni soyqırımı”nı tanıyan ölkələrin siyahısını təqdim edir. Siyahı heç də balaca deyil… Bu üzdəniraq iddianı dəstəkləyənölkələrin sayı 20-ni keçib…

İsveç parlamenti  - 12 mart 2010-cu ildə düzənlənən səsvermə ilə 1915-ci hadisələrini "soyqırımı” olaraq tanıyıb.

Uruquay - 1965, 2004, 2005-ci illər olmaq üzrə üç dəfə qondarma "erməni soyqırımı” iddialarını qəbul edib.

Yunan Kipri - 1982-ci ildə "soyqırımı” iddialarını qəbul edib.

Amerika Birləşmiş Ştatları – ABŞ-ın 41 ştatında "erməni soyqırımı”nın olduğu qəbul edilib. Əsasız "soyqırımı” tanıyan ştatlar: Alyaska, Arizona, Arkansas, Kaliforniya, Kolorado, Kentukki, Konnektikut, Delaver,  Florida, Corciya, Cənub Karolina, Aydaho, İllinoys, Kanzas, Şimal Dakota, Şimal Karolina, Luiziana, Men, Merilend, Massaçusetts, Miçiqan, Minnesota, Missuri, Montana, Nebraska, Nevada, Nyu Hempşir, Nyu Cersi, Nyu Mexiko, Nyu York, Ohayo, Oklahoma, Oreqon, Pensilvanya, Rod Aylend, Tennessi, Yuta, Vaşinqton, Vermont, Virciniya, Viskonsin.

Argentina – "erməni soyqırımı”nı tanıma qanunu 1985-ci ildə qəbul edilib.

Rusiya  - əvvəl 1995-ci ilə, sonra da 2005-ci ildə "soyqırımı” qəbul edib.

Kanada - 1996, 2000 və 2004-cü illərdı qondarma sənəd gündəmə çıxarılıb və hər üçündə də qəbul edilib.

Yunanıstan - 1996-cı ildə "soyqırımı” tanıyıb.

Livan - Livanda yaşayan erməni lobbisinin gərgin səyləri nəticəsində 1997-ci ildə və 2000-ci ildə "soyqırımı” tanınıb.

Belçika – 1998-ci ildə qondarma "erməni soyqırımı”nı tanıyıb.

İtaliya – 2000-ci ildə ermənilərin "soyqırımı”na uğradığını qəbul edib.

Vatikan - İtaliya ilə eyni ildə, 2000-ci ildə əsassız iddianı tanıyıb.

Fransa – 1998-ci ildə "erməni soyqırımı”nı tanıyıb. Fransada sözdə "erməni soyqırımı”nı rədd etmək cinayət sayılır.

İsveçrə - "soyqırımı” iddialarını 2003-cü ildə qəbul edib.

Slovakiya – 2004-cü ildə "erməni soyqırımı”nı tanıyıb.

Hollandiya – 2004-cü ildə erməni iddialarını qəbul edib.

Polşa – 2005-ci ildə qəbul edib.

Almaniya – 2005-ci ildə qəbul edin.

Venesuela – 2005-ci ildə qəbul edib.

Litva – 2005-ci ildə qəbul edib.

Çili – 2007-ci ildə qəbul edib.

Birləşmiş Krallığa daxil olan Uels, Şotlandiya və Şimal İrlandiya – 1915-ci il hadisələrini "soyqırımı” olaraq qəbul ediblər.

Qondarma "erməni soyqırımı”nı qəbul edən təşkilatlar:

BMT-nin Ayrı-seçkiliyin Önlənməsi və Azlıqların Qorunması Alt Komissiyası

Avropa Şurası 

Avropa Parlamenti 

Dünya Kilsələr Şurası 

İnsan Haqları Dərnəyi 

YMCA Avropa Birliyi 

"Permanent Peoples” Tribunal

Gerçək tarix hardadır? Uydurma "soyqırımı” olub, yoxsa olmayıb. Bununla bağlı müxtəlif ölkələrin arxivlərində materiallar var və bu materialların hamısından birmənalı belə qənaətə gəlmək olur ki, ermənilərin dediyi kimi, hec də soyqırımı olmayıb, əslində erməni silahlı dəstələri dinc, türk və kürd əhalisini qırıb. 

Tarxi gerçəklik bunu deyir ki, "erməni soyqırımı” deyilən şey qondarmadır. Bu, bir sıra dövlətlərin maraqları baxımından ortaya atılıb. Ondan bir alət kimi istifadə edilib. Gerçəklik həm də onu göstərir ki, Ermənistan heç bir zaman "erməni soyqırımı” iddiasından imtina etməyəcək. Ona görə ki, bu, həm Ermənistandakı, həm xaricdəki ermənilər üçün bir ideologiya halına gəlib. 
Erməniləri bir zaman ayaqda saxlayan kilsə idisə, 1915- ci ildən sonra onlar bu "soyqırımı” uydurdular və özlərinə ikinci ayaq yaratdılar. Əgər "soyqırımı” ideologiyası aradan götürülərsə, o zaman Ermənistan dövləti də olmaya bilər. "Soyqırımı” bütün erməniləri birləşdirən bir ideologiya halına gəlib. Ölkə daxilində didişən qüvvələr, düşmənçilik edənlər bu məsələdə birləşirlər.

1915-ci il aprelin 24-də Osmanlı İmperatorluğunun Daxili İşlər Nazirliyi bir əmr verib. Aprelin 26-da da Baş komandanlığın əmri çıxıb. O əmrə görə 2345 erməni terrorçusu ölkənin müxtəlif yerlərində həbs edilib. 1915-ci il mayın 27-də "Söbh və isqan haqqında” Qanun qəbul edilib. Türkiyədə dövlətə qarşı qiyam qaldıran ermənilər daha təhlükəsiz yerlərə köçürülüblər. Köçürülərkən bu ermənilərin can və malı qorunmalıydı. Köçürmə dövlətin hesabına həyata keçirilib. Ermənilər köçürülərkən onların təhlükəsizliyini qorumaqdan ötrü jandarm qüvvələri verilmişdi. Sağlamlıqlarının qorumasından ötrü həkimlər ayrılmışdı. Ermənilər Van, Bitlis, Ərzurumdakı vilayətlərin daxilində olan daha təhlükəsiz ərazilərə köçürülüblər. 

1916-cı il oktyabr ayının məlumatına görə, təxminən 702 min 900 nəfər erməni Türkiyə daxilində bir yerdən başqa yerə köçürülüb və onlar müharibə aparmasına baxmayaraq, Osmanlı höküməti tərəfindən qayğı ilə əhatə olunublar. O zaman Türkiyə hökumət bu prosesə təxminən 86 milyon lirə xərcləyib. Deməli, 24 aprelin soyqırımı kimi götürülməsinin "ermənilərin öldürülməsi” ilə heç bir əlaqəsi yoxdur. Həmin gün erməni terrorçularının həbsi günüdür. 

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Dünya 22:15
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Dünya 21:42
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol