• $
  • €
  • ₽
  • ₺
  • £

İtaliyada kilsəni əsəbləşdirən boşanma qanunu

İtaliyada kilsəni əsəbləşdirən boşanma qanunu
24.04.2015 21:52

 

 

 

İtaliya parlamenti "Katolik Kilsə”sinin xarakterinə zərbə olacaq bir qanun layihəsi qəbul edərək, boşanma müddətinin 3 ildən 6 aya endiriblər.

 

 

 

ANN.Az türkiyə mətbuatına istinadən xəbər verir ki, ailələrdə boşanma məsələsinin qətiyyətlə pisləyən Katolik Kilsəsinin etirazlarına baxmayaraq, İtaliyada boşanma haqqında qanun 1970-ci ildə qanuni halda rəsmiləşdirilib.


"İtaliya üsulu boşanma" filmindəki qədər olmasa da (film 1961-ci il istehsalıdır. Filmdə Marcello Mastroianninin oynadığı xarakter, boşana bilmədiyi üçün arvadını öldürməyin yollarını axtarırdı), İtaliyalılar hələ boşanmaq üçün uzun müddət gözləmək məcburiyyətində qalırdılar. Evli cütlüklər boşanmaq üçün ən azı 3 il ayrı yaşadıqlarını sübut etməli idilər. Qarşılıqlı razılıq olmadığı hallarda isə bu proses daha da çətinləşirdi. Bu çətinliyin olmaması üçün bir çox İtaliyalı cütlüklər daha asan boşanmaq üçün bu əməliyyatların daha sürətli edildiyi Avropa Birliyi ölkələrinə üz tuturdular.


"Ailə həyatına hücum”

 

 

 

İtaliya parlamenti boşanma haqqında qanuna dəyişiklib edib. Parlament 398 hə, 28 yox səsvermə yolu ilə boşanma müddətinin 6 aya qədər endirilməsi qərarını qəbul edib.

 

 

 

İtaliya parlamenti boşanma haqqında qanuna etdiyi dəyişiklikdən sonra baş nazir Matteo Renzi Twitter sosial şəbəkəsində yazdığı mesajda bildirib ki, "Qısa vaxt ərzində boşanma artıq qanuniləşdi. Təklifimizi artıq yerinə yetirdik.

 

 

 

İtaliyada yeni qanunu dəyişikliyin qəbul olunması Katolik Kilsəsini isə əksinə olaraq daha çox gərginləşdirib. Kilsə bu qanunun qəbul olunmasını yəni boşanmaların sadələşdirilməsini ailə həyatına olan hücum kimi qiymətləndiribi.


Avvenire qəzeti, boşanmaların sadələşdirilməsi haqqındakı yazısında göstərib ki, "Boşanmaları asanlaşdırmaq ağır ictimai nəticələrə səbəb olacaq. Həyat yoldaşından və uşaqlarından ayrı qalan ataların "alkoqolizm, depressiya və şiddətə səbəb" olacağını bildirib.

 

Qəzet, ailə şüurunu gücləndirəcək qanunlar qəbul etmək əvəzinə "daha məsuliyyətsiz bir cəmiyyət" yaradacaq qanunlarını qəbul edilməzliyini bildirib.


Bundan başqa Famiglia Kristiana (Xristian Ailə) jurnalı "Bir ailəni yox etmək üçün 6 ay yətərlidir" başlıqlı xəbər hazırlayıb, parlamenti, "ailə təşkilatına qarşı güc nümayişi etməklə" günahlandırıb.

 


www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Almaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərildi
Dünya 16:59
Almaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərildi
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Dünya 22:46
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Gürcüstanda surroqat analıq qadağan edilir
Dünya 19:03
Gürcüstanda surroqat analıq qadağan edilir
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Dünya 18:30
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Dünya 17:03
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
Dünya 15:08
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
Dünya 14:34
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Dünya 08:43
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol