• $
  • €
  • ₽
  • ₺
  • £

Donbassda döyüşlər başladı

Donbassda döyüşlər başladı
03.06.2015 17:43
Bu gün Ukraynada – Donbass bölgəsində atəşkəsin ciddi şəkildə pozulması faktı baş verib.

APA-nın xəbərinə görə, separatçı qüvvələr Donetsk vilayətinin Ukrayna ordusunun nəzarətində olan Maryinka qəsəbəsinə hücuma başlayıblar.

Ukrayna Silahlı Qüvvələrinin "Kiyev-1” batalyonunun komandiri Yevgeni Deydey özünün "Facebook” səhifəsində səhər saat 04.50-dən etibarən güclü artilleriya atəşinə məruz qaldıqlarını yazıb: "Yaralılar var. Maryinka və Krasnoqorovka yanır. Cəbhə xətti boyunca şiddətli döyüşlər gedir”.

Qeyd olunan istiqaməti qoruyan Ukrayna Silahlı Qüvvələrinin 28-ci əlahiddə mexanikləşdirilmiş briqadası da öz "Facebook” səhifəsində faktı təsdiqləyib: "Düşmən Maryinka yaşayış məntəqəsindəki mövqelərimizə geniş miqyaslı hücuma başlayıb. Bütün gecə boyunca artilleriya, minaatan və reaktiv atəş sistemlərindən atəş davam edib”.

Ukrayna Antiterror Qərargahının mətbuat katibi Yevgeni Silkin hücum edən  qruplaşmanın 1000 nəfərdən çox olduğunu və tanklardan, "Qrad” qurğularından istifadə etdiyini açıqlayıb.

Prezident Administrasiyasının antiterror əməliyyatı üzrə sözçüsü Anatoli Lısenko da döyüşlərdə ağır silahlardan istifadə edildiyini, lakin hələlik bunun cəbhə boyu geniş miqyaslı hücum olmadığını söyləyib: "Bu gün Donetsk istiqamətində baş verənləri hücum cəhdi kimi qiymətləndirmək olar. Geniş miqyaslı hücumdan danışa bilmərik, lakin vəziyyət sıradan da deyil”.

Son məlumatlara görə, döyüşlərdə 1 Ukrayna əsgəri həlak olub, 30-dan çoxu yaralanıb.

 


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol