• $
  • €
  • ₽
  • ₺
  • £

Ərdoğan: İŞİD islamdan kənardır

Ərdoğan: İŞİD islamdan kənardır
31.07.2015 10:12
İslam ekstremizmi qəbul etmir və orta yolu tövsiyyə edər. Bu, peyğəmbərimizin dilindən də səslənmişdir: İşlərin ən xeyirlisi orta olandır. İslamın özünə gəldikdə isə, dinin adı "silm” kəlməsindən törəyib, bu isə sülh deməkdir.

Oxu.Az xəbər verir ki, bu sözləri Çində səfərdə olan Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan yerli telekanallardan birinə müsahibəsində bildirib.

Ərdoğan qeyd edib ki, islam bir insanın öldürülməsini bütün bəşəriyyətin öldürülməsi kimi dəyərləndirir.

"Bir insanın yaşamasına yardım etməyi isə bütün bəşəriyyətin sağ qalmasına yardım kimi qiymətləndirir. İŞİD kimi terror qruplaşmaları islamdan kənardır. Bizdə belə bir söz var, "halva halva deməklə ağız şirin olmaz”. Yəni, "biz islamıq” yaxud "müsəlmanıq” deməklə, müsəlman olmurlar”, - deyə, prezident bəyan edib.

Türkiyə dövlət başçısının sözlərinə görə, İŞİD kimi qruplaşmaların törətdikləri əməllərin adı terrordur:

"Bu əməllərin islamla bir əlaqəsi yoxdur”.
www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol