• $
  • €
  • ₽
  • ₺
  • £

Ərdoğan İŞİD-ə görə Qərbi suçladı

Ərdoğan İŞİD-ə görə Qərbi suçladı
31.07.2015 13:54

İraq-Şam İslam Dövlətinin (İŞİD) etdiklərinin İslamla heç bir əlaqəsi yoxdur.  Bu sözləri deyən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İndoneziyanın paytaxtı Cakartada İŞİD-lə bağlı maraqlı açıqlamalar verib.

Modern.az-ın saytı xarici KİV-ə istinadən verdiyi xəbərə görə, Ərdoğan qeyd edib ki, İŞİD kimi  təşkilatların fəaliyyəti terror olduğu üçün onların etdikləri əməllər heç bir halda İslamla bağlı deyil:

"İslam dünyasının ən əhəmiyyətli problemi məzhəbçilikdir. İslam adına və ya müsəlman xalqına nifrət oyandıran cinayətlər törədən terrorçular ən çox bu problemdən istifadə edir: "bizim tək dərdimiz var: İslam, İslam, İslam”. 
İslama kölgə salınmasını qəbul etməmiz mümkün deyil.

İslamda bir insanın öldürülməsi bütün bəşəriyyətin öldürülməsi kimi dəyərləndirilir. İŞİD kimi terror təşkilatlarının İslamla heç əlaqəsi yoxdur. Yəni, özünü müsəlman adlandırmaqla müsəlman olmursan”.

Ərdoğan çıxışında İŞİD-in İslam dininə zərər verdiyini, Qərb ölkələrinin terrorla mübarizə mövzusunda səmimi olmadığını, suriyalı qaçqınlara yardımda Türkiyənin yalnız buraxıldığını söyləyib:

"Ölkəmiz terör təşkilatları ilə qarşı-qarşıyadır. İŞİD-in etdiklərinin bizim dinimizdə yeri yoxdur. Bizim dinimiz ərəb sözündən törəyib, sülh mənasını verir. Belə bir dinin terrorla əlaqəsi ola bilərmi?

Bəzi qaranlıq mərkəzlər Türkiyəni belə bir terror təşkilatına dəstək verməklə şübhə altına salmağa çalışır. Əsla Türkiyə belə bir ssenarinin içində yer almamışdır.

Təbii ki, biz bu cür hallarda Qərb ölkələrindən həmişə həssas rəftarlar gözləyirik. Amma göstərdiyimiz həssaslığa nə Qərb, nə də dünya cavab verib”.

Ötən ilin iyun ayının əvvəlindən başlayaraq İraqda hökumət qüvvələri ilə İraq-Şam İslam Dövləti (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol