• $
  • €
  • ₽
  • ₺
  • £

​Türkiyədə evlərin satışı sürətlə artır

​Türkiyədə evlərin satışı sürətlə artır
31.07.2015 13:08
 Türkiyədə 2014-cü ilin aprel ayından 2015-ci ilin aprel ayınadək yaşayış evlərinin satış qiyməti 18,5%, satış həcmi isə 21% artıb. İstanbulda mənzillərin qiyməti 29%, İzmirdə 15%, Ankarada isə 12% artıb.

 Bu müddət ərzində Türkiyədə inflyasiya isə 8% təşkil edib. Bu barədə Türkiyə Mərkəzi Bankı məlumat yayıb.

"Report" xəbər verir ki, iqtisadçı Mustafa Sönməz evlərə olan tələbatı qiymətlərin artması ilə izah edib: "Bəziləri investisiya məqsədi ilə ev alarkən, digərləri qiymətlərin daha da artmasından ehtiyat edərək ev almağa tələsir". Qeyd edək ki, satışın böyük hissəsi İstanbulda həyata keçirilir.

"Report"un analitik qrupu qeyd edir ki, təhlil olunan illik dövr ərzində türk lirəsi 30%-lik devalvasiyaya məruz qalıb. Yəni, milli valyutanın məzənnəsi 2,08 TRY/USD-dən 2,70 TRY/USD-yə qədər yüksəlib. Bu dəyişikliyə əsasən, yerli valyutada qiymətlər real olaraq İstanbulda sabit qalmış hesab oluna bilər. Amma Ankara və İzmirdə real olaraq dollar ifadəsində müəyyən azalma mövcuddur.

Həmin müddətdə bankların bu sahəyə ayırdığı kreditlərin həcmi 20% artıb və 138 mlrd. lirəyə (51 mlrd. dollar) çatıb. Kreditlə satılan mənzillərin sayı 46%, yeni tikilən binalarda ipoteka ilə alınmış evlərin sayı isə 52% artıb.

İqtisadçılar Türkiyədə yaxın 2-3 ildə ev satışının likvidliyin azalması və bank kreditlərinin məhdudlaşdırılması səbəbindən bir qədər səngiyəcəyini bildirirlər.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol