Xalq Artistlərinin yubileyləri qeyd olunacaq - FOTOLAR

18:45 | 19.09.2016
Xalq Artistlərinin yubileyləri qeyd olunacaq - FOTOLAR

Xalq Artistlərinin yubileyləri qeyd olunacaq - FOTOLAR

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında iki qocaman sənətkar və Xalq Artistinin yubileyi münasibətilə yeni tamaşanın hazırlıqlarına start verilib. Ağaxan Salmanlının 75, Yasin Qarayevin isə anadan olmasının 70 illik yubileylərinə hazırlanan yeni səhnə əsəri "Açarını itirənlər” adlanır. 

Əhməd Orucəlinin eyniadlı komediyası əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Ağaxan Salmanlıdır. Video və kompüter qrafikası İlham Əsədov, musiqi tərtibatı isə İradə Muradovaya məxsusdur. 

Yeni səhnə əsərində əsas obrazları yubilyarlarla yanaşı, Əməkdar Artist Almaz Mustafayeva, aktyorlar Zemfira Əbdülsəmədova və İlham Əsədov canlandıracaqlar. 

İki görkəmli sənətkarın yubileyi münasibətilə təqdim olunacaq tamaşanın premyerası cari ilin dekabr ayının əvvəllərində nümayiş etdiriləcək. 
 
 











www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb