Yanvarın 25-dən Bakıya giriş-çıxışa nəzarət edən postlar ləğv olunacaq

15:49 | 16.01.2021
Yanvarın 25-dən Bakıya giriş-çıxışa nəzarət edən postlar ləğv olunacaq

Yanvarın 25-dən Bakıya giriş-çıxışa nəzarət edən postlar ləğv olunacaq

Yanvarın 25-dən etibarən rayon və şəhərlərarası gediş-gəlişə nəzarət edən postlar ləğv ediləcək.

Anews.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Namidan Piriyev deyib.

DYP rəsmisi bildirib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, yanvar ayının 25-dən etibarən rayonlararası gediş-gəliş bərpa olunacaq: "Bununla əlaqədar həmin yollardan qurulan postlar da ləğv ediləcək. Şəhər və ya rayon qeydiyyatı olmasından asılı olmayaraq hər kəsin sərbəst gediş-gəlişinə icazə veriləcək.
 
Minik avtomobilləri ilə sərnişindaşımaya da icazə veriləcək. Müntəzəm marşrut avtobusları ilə sərnişindaşımaya isə icazə verilmir

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb